AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
26.10.2016 11:52

Yeniyetmə sərbəst güləşçilərimiz Moskvalı rəqiblərindən üstün olub / FOTO

Materialı qiymətləndirin
(6 səs)
Sərbəst güləş üzrə yeniyetmələrdən ibartə yığma komandanın üzvləri Moskva şəhər Bədən Tərbiyəsi və İdman Departamentinin dəvəti ilə qonşu ölkənin paytaxtında təlim-məşq toplanışında iştirak edib.

Məşqçi Rövşən Umudovun rəhbərliyi altında yığmamızın 6 üzvünün iştirak etdiyi təlim-məşq toplanışının sonunda komandalar arasında yoldaşlıq görüşü keçirilib. Moskva şəhərini təmsil edən 2 komandayla qarşılaşan yığmamız 6:0 və 5:1 hesablı qələbə qazanıb.

2000-2001-ci il təvəllüdlü idmançılar arasında keçirilən yoldaşlıq görüşü zamanı yığmamızı Tofiq Əliyev (42 kq), Ramiz Həsənov (46 kq), Mahir Məmmədzadə (50 kq), Vüsal Hüseynov (54 kq), Hacıağa Məmmədov (58 kq) və Vahid Əlizadə (63 kq) təmsil edib. 

Xatırladaq ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Moskva şəhər Bədən Tərbiyəsi və İdman Departamentinin hər iki paytaxt şəhər arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə əldə etdiyi razılıq əsasında baş tutan qarşılıqlı səfərlər çərçivəsində Moskva idmançıları ötən il şəhərimizin qonağı olub. 


Oxu 2026 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW