AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
28.05.2016 12:25

Baş məşqçilər Rio Olimpiadasına hazırlıqları dəyərləndirib / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(2 səs)
Sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımız Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında olub.

Hazırlıq mərhələsinin son günündə yığma komandaların mətbuat üçün açıq məşqi keçirilib və KİV nümayəndələri yığmalarımızın Rio Olimpiadasına hazırlığı ilə tanış olublar.

Məşqdən sonra yığma komandaların baş məşqçiləri Saypulla Absaidov və Cəmşid Xeyrabadi hazırlıqla bağlı jurnalistlərin suallarını cavablandırıb. 

Yunan-Roma güləşi üzrə yığma komandamızın baş məşqçisi Cəmşid Xeyrabadi jurnalistlərə bildirib ki, komandanın məşqləri yüksək səviyyədə təşkil edilib, Federasiya tərəfindən bütün lazımi şərait yaradılıb. 

"İdmançılar həvəslə və var gücləri ilə məşq edirlər. Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımızın hamısının medal şansı böyükdür. İnaniram ki, idmançılarımızdan beşi də yüksək nəticə göstərəcək. İnşallah, Rio-de Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında güləşçilərimiz yeni tarix yazacaqlar".

Sərbəst güləş yığmasının baş məşqçisi Saypulla Absaidov Kuba güləşçiləri ilə birgə təlimlərin keçirilməsinin Olimpiya Oyunlarına hazırlıq proqramı çərçivəsində baş tutduğunu bildirib. 

"Kuba güləş məktəbi çox fərqlidir və bu təlim-məşq toplanışı bizim üçün çox faydalı oldu. Olimpiya Oyunlarına 2 aydan bir qədər artıq vaxt qalır. Hal-hazırda biz intensiv hazırlıq mərhələsindəyik. İyun ayında yoxlama xarakterli beynəlxalq turnirdə idmançılarımızı sınayacağıq. Bundan sonra artıq Rio Olimpiadasına əsas hazırlıq mərhələsinə qədəm qoyacağıq. Ötən Olimpiadada 2 qızıl medal qazanmışdıq. Bu hər bir komandanın arzusunda olduğu nəticədir. Heyətimizdə kifayət qədər titullu idmançılar var. Bu dəfə də çalışacağıq ki, nəticəmiz yüksək olsun".


Oxu 988 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW