AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
28.05.2016 11:36

Azərbaycan və Kuba güləşçiləri arasında yoldaşlıq görüşü keçirilib / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(2 səs)
Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn yarışlara hazırlıqları davam etdirir. 

XXXI Yay Olimpiya Oyunlarına hazırlıq planı üzrə, yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar növbəti təlim-məşq toplanışını Göygöy Olimpiya İdman Kompleksində Kuba güləş yığmaları ilə birgə keçib. 

Hazırlıqların son günündə Azərbaycan və Kuba sərbəst güləşçiləri arasında yoldaşlıq görüşü keçirilib.

Yoldaşlıq görüşünü izləyənlər arasında Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev, sərbəst güləş üzrə vitse-prezident Maqomed Aliomarov, eləcə də federasiyanın baş katibi Rəşad Əli-Zadə və Kuba Güləş Federasiyasının rəsmiləri də olub. 

Olimpiadada təmsil olunan 6 çəki dərəcəsində 9 qarşılaşmanın baş tutduğu yoldaşlıq görüşü Azərbaycan pəhləvanlarının 7:2 qələbəsi ilə başa çatıb.

Sonda xatirə şəkli çəkdirilib. 


Oxu 3412 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW