AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
12.04.2016 22:12

Qarabağ qazisi güləş yığmamızın üzvləri ilə görüşüb / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında olan sərbəst güləşçilərimizin bu günkü məşqini izləyənlər arasında Qarabağ qazisi Kamil Musavi də olub.

Azərbaycan ordusunun baş leytenantı olan bu vətənpərvər soydaşımız döyüş tapşırığını yerinə yetirərkən bir ayağını və bir gözünü itirib. Xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə "Vətənə Xidmət medalı" ilə təltif olunub. Yeniyetmə yaşlarından güləşin sərbəst növü ilə məşğul olub. Qazax güləş məktəbinin yetirməsi, sərbəst güləş üzrə yığma komandanın böyük məşqçisi Firdovsi Umudovun tələbəsi olan Kamil bu gün də məşqlərini davam etdirir. Bundan sonrakı arzusunun Paralimpiya Oyunlarında ölkəmizi təmsil etmək olan qazimiz güləş yığmamızın üzvləri ilə görüşdə öz ürək sözlərini də bölüşüb:

"Mən çox istəyərdim ki, həmişə qalib olasınız. Xalqımızın həqiqətən qələbəyə, bayrağımızın yüksəlməsinə ehtiyacı var. Dünyada bizi o qədər də tanımırdılar. Ancaq Toğrul, Hacı, Xetaq, Şərif və digərlərinin sayəsində dünyada bizi tanıyırlar. Sağ olsun müəllimlərimiz də ki, sizdən öz dəstəklərini əsirgəmirlər. Bircə arzum odur ki, yarış zamanı kimə uduzsanız da, erməniyə uduzmayın. Bayrağımızı daim yüksəklərə qaldırın". 

Sonda yığma komandanın üzvləri ilə xatirə şəkli şəkdirilib. 



Oxu 1415 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW