AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
06.04.2016 12:25

Mart ayının yekununda Hacı Əliyev birinci, Aleksandr Qostiyev üçüncü oldu

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Dünya Güləş Birliyi 2016-cı ilin mart ayında keçirilən yarışların nəticəsinə əsasən sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb. 

Sərbəst güləşçilərimizdən 10 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub.

İkiqat Dünya çempionu, son Avropa çempionatının bürünc medalçısı Hacı Əliyev öz çəkisində reytinqdə yenə də ilk sıradadır.  Mövqeyi dəyişməyən güləşçilərimizdən biri də Olimpiya çempionu Toğrul Əsgərovdur. O, reytinqdə 5-ci sıradadır.

Riqada keçirilən son Avropa çempionatının gümüş medalçısı Cəbrayıl Həsənov 5 pillə irəliləyərək 9-cu sırada qərarlaşıb. Reytinqdəki mövqeyini yaxşılaşdıran daha bir güləşçimiz isə Aleksandr Qostiyevdir. Avropa çempionatında qazandığı gümüş medal güləşçimizi 10-cu sıradan 3-cü sıraya yüksəldib. 

61 kq 
1. Hacı Əliyev - Avropa çempionatı 3-cü yer (1)

65 kq 
5. Toğrul Əsgərov - Qızıl Qran Pri 2-ci yer (5)

70 kq 
12. Hacımurad Ömərov - U-23 Avropa çempionatı 2-ci yer (9)

74 kq 
9. Cəbrayıl Həsənov - Avropa çempionatı 2-ci yer (14)

86 kq 
3. Aleksandr Qostiyev - Avropa çempionatı 2-ci yer (10)
13. Nurməhəmməd Hacıyev - U-23 Avropa çempionatı 1-ci yer (12)
17. Məhəmmədhacı Xatiyev - Dünya çempionatı 5-ci yer (13)

97 kq 
6. Xetaq Qazyumov - Dünya çempionatı 3-cü yer (4)
13. Şərif Şərifov - Qızıl Qran Pri 2-ci yer (10)


125 kq 
5. Cəmaləddin Məhəmmədov - Qızıl Qran Pri 2-ci yer (3)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Oxu 2362 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW