AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
03.03.2016 09:24

Mariya Stadnik öz çəkisində yenidən dünya birincisi oldu / REYTİNQ

Materialı qiymətləndirin
(2 səs)
Dünya Güləş Birliyi 2016-cı ilin fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, Riqada baş tutacaq Avropa çempionatı öncəsi qadın güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb. 

Qadın güləşçilərin reytinq sıralamasında 6 güləşçimizin adı var. Son Dünya çempionatının gümüş medalçısı Mariya Stadnik ötən ay Kiyevdə keçirilən beynəlxalq turnirdə qalib gələrək reytinq siyahısında yenidən birinciliyə yüksəlib. Kiyevdə keçirilən beynəlxalq turnirdə qazandığı nəticə Anjela Doroqanın bir pillə yüksəlməsi, Yuliya Ratkeviçin isə mövqeyini qoruması ilə nəticələnib. Onluğa daxil olan daha 2 güləşçimiz isə Nataliya Sinişin və İrina Netreba olub. 

48 kq
1. Mariya Stadnik - Kiyev turniri 1-ci yer (2)

53 kq 
5. Anjela Doroqan - Kiyev turniri 2-ci yer (6)

55 kq 
9. Nataliya Sinişin - Kiyev turniri 1-ci yer (7@58)
18. Alyona Kolesnik - Qızıl Qran Pri 5-ci yer (12)

58 kq
6. Yuliya Ratkeviç - Kiyev turniri 3-cü yer (6)

60 kq 
8. İrina Netreba - Polşa turniri 3-cü yer (4)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.
Oxu 1905 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW