AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
29.02.2016 10:28

Dünya Güləş Birliyi güləş geyimlərində yenilik tətbiq edəcək / QƏRAR

  • Çap
  • Email
Materialı qiymətləndirin
(3 səs)
Güləş idman növünün modernləşdirilməsi prosesinin davamı olaraq, Dünya Güləş Birliyi güləşçilərin yarış geyimlərində yeni qaydalar tətbiq edəcəyini açıqlayıb.

Belə ki, artıq güləşçilər əvvəlki kimi, göy və qırmızı rəngli standart güləş geyimlərindən deyil, hər bir ölkə federasiyasının özünəməxsus hazırlatdığı, milli rənglərdən istifadə edilmiş güləş geyimlərindən istifadə edə biləcək.

Yeni qaydalara əsasən, güləş geyiminin ayaq və kürək hissəsində göy və ya qırmızı zolaq mütləqdir. Güləş geyiminin ön tərəfində - sinədə ölkənin bayrağı və federasiyanın loqosu, arxa tərəfində - kürək hissəsində isə ölkə adının abreviaturası və idmançının soyadı əks olunmalıdır. 

Geyimlə bağlı edilmiş dəyişikliklər 22-24 apreldə Monqolustanın  Ulan Bator şəhərində keçiriləcək birinci Dünya təsnifat turnirində və 6-8 mayda Türkiyənin İstanbul şəhərində keçiriləcək sonuncu Dünya təsnifat turnirində ilk dəfə tətbiq ediləcək. 

Mənbə


Oxu 2541 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW