AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
19.06.2015 11:27

Cəmaləddin Məhəmmədov: "Çempion olmaq istəyirdim"

  • Çap
  • Email
Materialı qiymətləndirin
(2 səs)
Avropa Oyunlarında qazandığım medalı onun göstədiyi səylərinə görə məşqçimiz Firdovsi Umudova həsr edirəm.

Bunu bu gün Bakı 2015 birinci Avropa Oyunlarında sərbəst güləş yarışlarında Azərbaycana 125 kq çəki dərəcəsində bürünc medal qazandıran təmsilçimiz Cəmaləddin Məhəmmədov deyib.

Avropa Oyunlarının bürünc medalçısı qeyd edib ki, onun hədəfi əslində çempion olmaq idi: "Çempion olmaq istəyirdim, təəssüf ki, bu gün alınmadı. Buna görə azarkeşlərdən üzr istəyirəm. Məni bu qədər adam dəstəkləyir, azarkeşlik edirdi. Ona görə də belə azarkeşlər üçün heç olmasa bürünc medalı qazanmalıydım. Onlara böyük minnətdarlığımı bildirirəm".

Öz çəki dərəcəsində hazırda dünyanın 1 nömrəlisi sayılan Türkiyə güləşçisi Taha Akgüllə qarşılaşmada məğlub olmasına da münasibət bildirib: "Taha indiki dünya çempionudur. Ən güclü güləşçi mənimlə ikinci mərhələdə qarşılaşdı. Onunla bacardığım kimi güləşdim. Bu gün o güclüdür. Amma ola bilər ki, sabah mən ona qalib gəlim. Bu idmandır. bu gün sən qalib gəlirsən, sabah başqası. Çalışacağam bundan sonra daha böyük uğurlar qazanım".
Oxu 3870 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW