AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
18.06.2015 21:33

Hacı Əliyev: "Erməni idmançılara qalib gəlməyimiz bizim üçün böyük uğurdur"

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
"Bakıda mən və qardaşım Yaşar bu yarışlarda erməni idmançılara qalib gəldik. Bu bizim üçün böyük uğurdur".

Bunu bu gün Bakı-2015 birinci Avropa Oyunlarının sərbəst güləş yarışlarında 61 kq çəki dərəcəsində Azərbaycana bürünc medal qazandıran pəhləvanımız Hacı Əliyev deyib.

Avropa Oyunları mükafatçısının sözlərinə görə, o, çempion ola bilməsə də, bürünc medal onun üçün pis nəticə deyil: "Sevinirəm ki, medalsız qalmadım. Xalqımızın qarşısında erməni idmançıya qalib gəlməyim elə mənim üçün böyük uğurdur. İnşallah, qarşıdan gələn yarışlara, xüsusən də dünya çempionatına hazırlaşacağıq. Çalışacağıq ki, burada buraxdığımız səhvləri orada buraxmayaq və qızıl medalı qazanaq".

O, yarımfinalda rus idmançıya uduzmağının səbəblərini açıqladı: "Bundan əvvəl rus idmançı ilə güləşmişdim və qalib gəlmişdim. Amma sağlamlığımda müəyyən problemlər olduğuna görə, xüsusən, dizimdən zədə aldığıma, həm də xəstəliklə bağlı problem olduğuna görə halsızlıq var idi. Bu da özünü görüşdə göstərdi. Çalışacağam ki, dünya çempionatında bunun əvəzini çıxım".

H.Əliyev qazandığı medalı bütün Azərbaycan xalqına, ölkə başçısı İlham Əliyevə, ailə üzvlərinə və ona dəstək olan tamaşaçılara həsr etdiyini bildirib.


Oxu 3183 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW