AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
18.06.2015 10:56

Xetaq Qazyumov: "Üzərimdə tamaşaçıların dəstəyinin təzyiqini hiss edirdim" / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(4 səs)
Mən Avropa Oyunlarının qalibi olmağıma, özü də buna Bakıda öz azarkeşlərimiz qarşısında nail olmağıma çox sevinirəm.

Bunu bu gün Avropa Oyunlarının sərbəst güləş yarışlarında 97 kq çəkidə qızıl medal qazanan Azərbaycan yığma komandasının kapitanı Xetaq Qazyumov deyib.

X. Qazyumov məxsusi qeyd edib ki, Prezident İlham Əliyevin onun final qarşılaşmasını izləməsinə çox sevinib.

Keçirdiyi görüşlərdən isə güləşçimiz yarımfinalda Rusiya təmsilçisi Abdusalam Qadisov üzərində qələbəsini xüsusi qeyd edib: "Demək istəmirəm ki, bu ötənilki məğlubiyyətə görə bir revanş idi, Sadəcə bu, bizim mənim qələbə qazandığım növbəti döyüşümüz idi. Mənim bəxtim hətta bir az gətirdi. Bizim gələcəkdə də hələ görüşlərimiz olacaq. Etiraf edim ki, əvvəlcə üzərimdə tamaşaçıların dəstəyinin təzyiqini hiss edirdim. Sonra özümə gəldim və doğma divarlar arasında döşək üzərində qələbə çalmaq xoş idi".

Finalda qələbə qazandıqdan sonra məşqçi Firdovsli Umudovun onu çiyinlərinə alıb qaldırmasına gəlincə, Xetaq gülərək bildirib ki, bu bir ev tapşırığı idi.
Oxu 2810 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW