AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
12.12.2014 17:05

Güləşçilər ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

  • Çap
  • Email
Materialı qiymətləndirin
(2 səs)
Azərbaycanda bütün sahələrdə olduğu kimi, dövlət idman siyasətinin də əsası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin birbaşa rəhbərliyi ilə başladılan dövlət idman siyasəti bu gün dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Bu gün müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 11 il keçir. Müxtəlif idman növlərində uğur qazanan, ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edən gənclər məhz dövlət idman siyasətinin memarını hər zaman hörmət və ehtiramla anırlar. 

Bu gün Azərbaycan güləşçiləri, yığma komandaların üzvləri, məşqçilər və federasiya nümayəndələri Fəxri xiyabana gedib, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdilər, Ulu Öndərin məzarı önünə əklil qoydular.

Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edildi, üzərinə gül dəstələri qoyuldu.


Oxu 2723 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW