AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
05.12.2014 04:57

Parisdə Azərbaycan və Fransa güləşçilərinin dostluq görüşü keçirilib / FOTO-VİDEO

Materialı qiymətləndirin
(7 səs)
Parisdə Azərbaycan və Fransa güləşçiləri arasında Dostluq görüşü keçirilib. Hər üç növdə güləşçilərin iştirak etdiyi Dostluq görüşü Parisin ən məşhur saraylarından biri olan Qış sirkində baş tutub.

Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilə yanaşı, yoldaşlıq görüşünü izləyənlər arasında Fransanın idman üzrə dövlət katibi Tiyeri Brayar, Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç, Fransa hökumətinin, parlamentinin üzvləri, idman ictimaiyyətinin nümayəndələri də var idi.

Parisin qış sirkinin fasadında güləş üzrə Azərbaycan və Fransa komandaları arasında yoldaşlıq görüşündən, ölkəmizin idman həyatından, gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarından bəhs edən məlumat tabloları yerləşdirilmişdi.

Yarışların açılış mərasimi Azərbaycanın və Fransanın dövlət himnlərinin səslənməsi ilə başladı. Olimpiya test turniri adlandırılan bu yoldaşlıq görüşünün açılış mərasimində Azərbaycan Dövlət rəqs ansamblı nümunəvi proqramla çıxış etdi. Sonra Azərbaycanın idman nailiyyətləri, birinci Avropa Oyunlarına hazırlıq işlərinin gedişindən bəhs edən film nümayiş olundu.

Təqribən 1600 tamaşaçının izlədiyi görüşdə yunan-Roma, sərbəst və qadın güləşi üzrə 10 çəki dərəcəsində yarışlar keçirildi. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Azərbaycan komandası elə ilk dəqiqələrdən üstünlüyü ələ aldı. Böyük tarixi və ənənələri olan Azərbaycan güləşinin yetirmələri ölkəmizin idman şərəfini bu yoldaşlıq görüşündə də layiqincə qorudular. Azərbaycan komandası rəqibinə 9:1 hesabı ilə qalib gəldi.

Sərbəst və qadın güləşçilərin mübarizəsində bütün təmsilçilərimiz rəqiblərini tam üstünlüklə məğlub edib. Yunan-Roma güləşçilərinin mübarizəsi daha gərgin keçib. İlk mübarizəyə qoşulan Rövşən Bayramov hesabda 4:0 öndə olsa da zədələnərək görüşü davam etdirə bilməyib. Ardınca Həsən Əliyev görüşü qələbə ilə başa vurub. 85 kq çəki dərəcəsində gənc güləşçimiz İslam Abbasov isə, son dünya çempionu ilə görüşdə əzmkarlıq nümayiş etdirərək rəqibini məğlub edib.

  Fransa 1:9 AZƏRBAYCAN
Sərbəst güləş
57 kq
74 kq
86 kq
İlman Muxtarov
Luca Lampis
Axmed Aybuyev
0:10
0:10
0:10
Mahmud Məhəmmədov
Cəbrayıl Həsənov
Həmzət Osmanov
Qadın güləşi
48 kq
53 kq
55 kq
58 kq
Julie Sabatie
Tatiana Debien
Aurelie Basset
Margot Riviere
2:7
2:13
1:6
1:8
Patimat Baqomedova
Mariya Stadnik
Alyona Kolesnik
Nataliya Snişin
Yunan-Roma güləşi
59 kq
66 kq
85 kq
Leo Tudezca
Stefan Clement
Melonin Noumonvi
0:4
0:9
3:4
Rövşən Bayramov
Həsən Əliyev
İslam Abbasov

Onu da deyək ki, Azərbaycan və Fransa güləşçilərinin yoldaşlıq görüşünün keçirilməsi bu ilin may ayında Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun Fransa Güləş Federasiyasının prezidenti Alen Bertolonla Parisdə keçirilən görüşündə razılaşdırılıb.

Oyunlar başa çatdıqdan sonra Azərbaycan və Fransa güləşçilərinin yoldaşlıq görüşü münasibətilə ziyafət təşkil olundu. Ziyafətdə çıxış edən Fransa Güləş Federasiyasının prezidenti Alen Bertolon mərasimdə iştirakına və tədbirin təşkilinə verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür etdi. Alen Bertolon hər iki ölkə güləşçilərini göstərdikləri əzmkarlığa görə təbrik edərək Azərbaycan idmançılarının dünya reytinq cədvəllərində həmişə yüksək pillələrdə dayandığını vurğuladı. Fransa Güləş Federasiyasının prezidenti gələn il Bakıda keçiriləcək ilk Avropa Oyunlarında idmanın güləş növünün yüksək səviyyədə təmsil olunacağına əminliyini bildirdi.

Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov isə ölkəmizdə güclü idman ənənələrinin olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük idman infrastrukturunun yaradıldığını, respublikamızın Olimpiya hərəkatında fəal iştirak etdiyini diqqətə çatdırdı. Fazil Məmmədov gələn il ölkəmizin ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlıq işlərinin görüldüyünü vurğuladı.

Mərasimdə ölkəmizdə idmanın, o cümlədən güləşin inkişafından bəhs edən film nümayiş etdirildi.

Sonda Beynəlxalq Güləş Federasiyası ilə “ATA Holdinq” ASC arasında əməkdaşlığa dair protokol imzalandı.

Mərasimdə Azərbaycanın incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etdi.





Oxu 6077 dəfə
Tweet

Comments   

 
0 #1 agabeybas 2014-12-22 19:58
agabey babayev vidadi oglu ;-)
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW