AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
03.12.2014 18:07

Güləşçilərimiz Dostluq görüşü öncəsi Parisdə məşq ediblər / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(7 səs)
4 dekabr 2014-cü il tarixdə Parisdə Azərbaycan və Fransa güləşçiləri arasında Dostluq görüşü keçiriləcək. Dostluq görüşü cari ilin may ayında Azərbaycan Güləş Federasiyasının Prezidenti Fazil Məmmədovun Fransa Güləş Federasiyasının Prezidenti Alain Bertolomla Parisdə keçirilən görüşü zamanı razılaşdırılıb. 

Dostluq görüşünün əhəmiyyəti həm də ondan ibarətdir ki, bu yarış gələn il keçiriləcək Avropa Oyunları üçün test xarakteri daşıyır. Hər üç növdə güləşçilərin iştirak edəcəyi Dostluq görüşü iki ölkənin güləş federasiyaları, eləcə də Azərbaycanın Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə Parisin ən məşhur saraylarından biri olan Qış sirkində baş tutacaq. Ümumilikdə, 10 güləşçinin mübarizə aparacağı Dostluq görüşündə 3 çəkidə sərbəst, 3 çəkidə yunan-Roma və 4 çəki dərəcəsində qadın güləşçilər yarışacaq.

Artıq Parisdə olan yığma komandamız Fransa güləş komandalarının təlim-məşq bazasında hazırlıqlarını davam etdiriblər. Yığma komandalarımızın üzvləri əvvəlcə yüngül isinmə hərəkətləri edib, daha sonra məşqçilərin tapşırığı ilə taktiki hazırlıqla məşqi davam etdiriblər. Qonaq qismində Dostluq görüşünə qatılacaq Olimpiya çempionlarımız Namiq Abdullayev, Fərid Mansurov, Şərif Şərifov və Toğrul Əsgərov da komanda ilə birgə məşqdə iştirak edib.


  Fransa                           AZƏRBAYCAN
Sərbəst güləş
57 kq
74 kq
86 kq
Zoheir el Ouarraqe
Luca Lampis
Axmed Aybuyev
  Mahmud Məhəmmədov
Cəbrayıl Həsənov
Həmzət Osmanov
Qadın güləşi
48 kq
53 kq
55 kq
58 kq
Julie Sabatie
Tatiana Debien
Aurelie Basset
Margot Riviere
  Patimat Baqomedova
Mariya Stadnik
Alyona Kolesnik
Nataliya Snişin
Yunan-Roma güləşi
59 kq
66 kq
85 kq
Leo Tudezca
Stefan Clement
Melonin Noumonvi
  Rövşən Bayramov
Həsən Əliyev
İslam Abbasov






Oxu 7003 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW