AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
08.08.2014 17:36

Həsən Əliyev və Rəsul Çunayev yenə ikinci oldu / REYTİNQ

Materialı qiymətləndirin
(0 səs)
Beynəlxalq Güləş Federasiyası - FİLA təqvim planı üzrə iyul ayında keçirilən yarışların nəticələrinə əsasən, avqust ayı üçün yunan-Roma növü üzrə güləşçilərin reytinq siyahısını açıqlayıb. Bu dəfəki siyahı Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsində güləşçilərin qazandığı nəticələr əsasında hazırlanıb.

Yunan-Roma güləşçilərinin reytinq siyahısına 10 güləşçimizin adı daxil edilib. Taleh Məmmədov və Şalva Qadabadze "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsində qazandıqları nəticəylə adlarını yenidən reytinq siyahısına yazdırıb. "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsini qızıl medalla tamamlayan Rafiq Hüseynov və Elvin Mürsəliyev müvafiq çəki dərəcələrinə görə reytinqdə ötən ayla müqayisədə daha yuxarı sırada qərarlaşıb.

59 kq
12. Taleh Məmmədov (nr)
13. Kamran Məmmədov (12)

66 kq
2. Həsən Əliyev (2)

71 kq
2. Rəsul Çunayev (2)

75 kq
6. Rafiq Hüseynov (80 kq - 15)

80 kq
4. Elvin Mürsəliyev (75 kq - 6)

85 kq
10. Saman Təhmasibi (11)
18. Şəhriyar Məmmədov (13)

98 kq
7. Şalva Qadabadze (nr)

130 kq
14. Sabah Şəriəti (11)

Qeyd: Mötərizədə yazılan rəqəmlər idmançıların ötən ayın reytinq siyahısında tutduqları yeri göstərir.


Oxu 316 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Beynəlxalq Güləş
Federasiyaları Assosiasiyası

minkult2