AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
fb tw vaz yt
29.07.2013 15:30

AGF-nin I vitse-prezidenti Namiq Əliyev idmançılarla görüşüb / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(5 səs)
Sentyabrın 16-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə böyüklər arasında Dünya çempionatı yarışları keçiriləcək. Azərbaycan güləş üzrə yığma komandaları çempionata hazırlıqları davam etdirir.

Sərbəst güləş yığması Quba Olimpiya İdman Kompleksində, qadın güləşçilər Astara Olimpiya İdman Kompleksində, yunan-Roma güləşçiləri isə Bakıda Olimpiya Güləş Mərkəzində hazırlıqları davam etdirir.

Ötən gün Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev Olimpiya Güləş Mərkəzində yunan-Roma güləşi yığmasının üzvləri ilə görüşüb.

Hazırlıq prosesinin gedişi, idmançıların fiziki hazırlığının vəziyyəti və sağlamlıqları ilə maraqlanan Federasiya rəsmisi çempionata az vaxt qaldığını, idmançıların bu müddət ərzində səylərini daha da artırmalı olduqlarını bildirib.
Oxu 644 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Beynəlxalq Güləş
Federasiyaları Assosiasiyası

minkult2