AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
fb tw vaz yt
24.07.2013 10:13

Sərbəst güləş yığması təlim-məşq toplanışına yollanır

Materialı qiymətləndirin
(6 səs)
İyulun 24-dən etibarən sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komanda Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayır. Təlim-məşq toplanışı avqustun 8-dək davam edəcək.

Baş məşqçi Maqomed Aliomarov, böyük məşqçi Firdovsi Umudov, məşqçilər David Kurtsiya və Semyon Çterovun rəhbərliyi altında 19 güləşçi bu toplantıda iştirak edəcək.

Təlim-məşq toplanışına Hacı Əliyev, Qalib Əliyev (hər ikisi 60 kq), Ruslan Dibirhacıyev, Ağahüseyn Mustafayev (hər ikisi 66 kq), Emin Əzizov, Cəbrayıl Həsənov, Əşrəf Əliyev (hamısı 74 kq), Məhəmmədhacı Xatiyev, Aleksandr Qostiyev, İbrahim Yusubov (hamısı 84 kq), Xetaq Qazyumov, Hacı Şərifov, Səid Həmidov, Çermen Baqayev (hamısı 96 kq), Cəmaləddin Məhəmmədov, Aslan Dzebişov, Mehman İmamquliyev, Valera Rodriqes və Əli Maqomedabirov (hamısı 120 kq) cəlb olunub.


Oxu 370 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Beynəlxalq Güləş
Federasiyaları Assosiasiyası

minkult2