AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
10.03.2017 11:54

Yunan-Roma güləşçilərimiz Dünya Kuboku uğrunda yarışacaq / HEYƏT

Materialı qiymətləndirin
(5 səs)
16-17 mart 2017-ci il tarixdə İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçiriləcək. 

Yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparacaq. Rusiya, Qazaxstan, İran və Almaniya komandaları isə A yarımqrupunda yarışacaq. 

Yığma komandanın baş məşqçi əvəzi Akif Əliyev, böyük məşqçi İlqar Abdulov və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında 12 güləşçimiz Abadana yollanacaq. Yarışlarda ölkəmizi Rövşən Bayramov, Taleh Məmmədov (hər ikisi 59 kq), Kamran Məmmədov, Nofəl Babayev (hər ikisi 66 kq), Rəsul Çunayev, Həsən Əliyev (hər ikisi 71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq), Sabah Şəriəti və Oyan Nəzəriani (hər ikisi 130 kq) təmsil edəcək. 

Yarışın proqramına əsasən, martın 16-da qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə 3-cülük uğrunda görüşəcək.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək. 

Məlumat üçün bildirək ki, 2015-ci ildə keçirilən analoji yarışda yunan-güləşçilərimiz Dünya Kubokunun sahibi olub. 

 
Oxu 3395 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW