Heydər Əliyev Beynəlxalq Hava Limanında komandamızı AGF rəsmiləri, güləş həvəskarları, idmançıların yaxınları və media nümayəndələri qarşılayıb.
Məlumat üçün bildirək ki, sərbəst güləş üzrə Dünya Kuboku yarışları 1973-cü ildən keçirilir. Azərbaycan sərbəst güləşçiləri 2 dəfə (2004 və 2009) Dünya Kubokunun sahibi olub. 2012-ci ildə ikinci, 2010, 2011, 2015 və 2017-ci illərdə isə üçüncü yerdə qərarlaşıb.