AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
17.02.2017 19:07

DK-2017: sərbəst güləşçilərimiz Dünya üçüncüsü oldu / FOTO-VİDEO

Materialı qiymətləndirin
(9 səs)
İran İslam Respublikasının Kirmanşah şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçirilib. 

Püşkatmanın nəticəsinə əsasən, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə A yarımqrupunda mübarizə aparıb. 

İlk görüşdə Rusiya idmançıları ilə qarşılaşan güləşçilərimiz görüşü 4-4 hesablı bərabərliklə bitirib. Ancaq xalların keyfiyyətinə görə 32-29 öndə olan yığmamız görüşü qalib başa vurub. Yarımqrupun ikinci görüşündə yığmamız Gürcüstan güləşçilərini 5:3 hesabı ilə məğlub edib.

Yarımqrupun son görüşünü komandamız ABŞ idmançılarına qarşı keçirib. Ümumi hesab 4:4 olsa da, texniki xallara görə 20:14 üstün ABŞ idmançıları finala yüksəlib. 74 kq çəki dərəcəsində hesabda öndə olan güləşçimiz Murad Süleymanova hakimlər tərəfindən qeyri-obyektiv qərarlar nəticəsində texniki məğlubiyyət verilib. 

Yığmamız  digər yarımqrupun ikincisi olan Türkiyə komandası ilə 3-cü yer uğrunda həlledici görüşə çıxıb. Rəqibə 7:1 hesabla qalib gələn güləşçilərimiz Dünya Kubokunun 3-cü sırada tamamlayıb və bürünc medala sahib olub.

Fotolar və video əlavə ediləcək. 

I Round II Round
Rusiya - AZƏRBAYCAN 4:4 (29-32)

57 kq - Artyom Gebekov - Georgi Edişeraşvili 5:2
61 kq - Camal Otarsultanov - Əli Rəhimzadə 6:6*
65 kq - Alan Gogaev - Hacı Əliyev 1:2
70 kq - Maqomedxabib Kadimaqomedov - David Suynuçxanov 10:6
74 kq - Radik Valiev - Cəbrayıl Həsənov 2:6
86 kq - Vladislav Valiev - Şərif Şərifov 2:1
97 kq - Rasul Maqomedov - Nurməhəmməd Hacıyev 2:1
125 kq - Vladislav Baitsaev - Cəmaləddin Məhəmmədov 1:8
AZƏRBAYCAN - Gürcüstan 5:3

57 kq - Mahir Əmiraslanov - Otari Gogava 5:5*
61 kq - Əli Rəhimzadə - Giorgi Revazişvili 12:2
65 kq - Hacı Əliyev - İveriko Julakidze 10:0
70 kq - David Suynuçxanov - Konstantin Xabalaşvili 7:5
74 kq - Cəbrayıl Həsənov - Jumber Kvelaşvili 5:0
86 kq - Şərif Şərifov - Davit Xutsişvili 2:2*
97 kq - Aslanbek Alborov - Zviad Metreveli 10:0
125 kq - Cəmaləddin Məhəmmədov - Geno Petriaşvili 7:13
III Round Bürünc medal görüşü 
AZƏRBAYCAN - ABŞ 4:4 (14-20)

57 kq - Georgi Edişeraşvili - Antoni Ramos 3:2
61 kq - Əli Rəhimzadə - Logan Stieber 11:12
65 kq - Hacı Əliyev - Frank Molinaro 4:1
70 kq - David Suynuçxanov - James Green 0:10
74 kq - Murad Süleymanov - Jorcan Burroughs 5:4 (texniki məğlubiyyət)
86 kq - Şərif Şərifov - David Taylor III 2:12 
97 kq - Aslanbek Alborov - Kyle Snyder 5:4
125 kq - Cəmaləddin Məhəmmədov - Nicholas Gviazdovski 3:1
AZƏRBAYCAN - Türkiyə 7:1

57 kq - Georgi Edişeraşvili - Sezer Akgül 8:7
61 kq - Əli Rəhimzadə - Cengizhan Erdoğan 3:0
65 kq - Hacı Əliyev - Safa Aksoy 12:2
70 kq - David Suynuçxanov - Yakup Gör 2:10
74 kq - Murad Süleymanov - İslam Kılıç 5:0
86 kq - Şərif Şərifov - Selim Yaşar 2:1
97 kq - Aslanbek Alborov - Faruk Akkoyun 9:1
125 kq - Cəmaləddin Məhəmmədov - Salim Ercan 4:0 (tuşe)


Görüşləri canlı olaraq aşağdakı linkdən izləyə bilərsiniz. 

https://unitedworldwrestling.org/event/freestyle-world-cup






Oxu 18975 dəfə
Tweet

Comments   

 
-1 #1 sevinc 2017-02-24 15:36
salam sizdə məktəbdən kənar müəssisələrin müəllimlərinin diaqnostik qiymətlndirilmə sinə aid suallar var
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW