AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
14.02.2017 13:23

Sərbəst güləşçilərimiz Dünya Kuboku uğrunda yarışacaq / HEYƏT

  • Çap
  • Email
Materialı qiymətləndirin
(3 səs)
16-17 fevral 2017-ci il tarixdə İran İslam Respublikasının Kirmanşah şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçiriləcək. 

Püşkatmanın nəticəsinə əsasən, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə A yarımqrupunda mübarizə aparacaq. İran, Türkiyə, Hindistan və Monqolustan komandaları isə B yarımqrupunda yarışacaq. 

Yığma komandanın baş məşqçisi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında 12 güləşçimiz Kirmanşaha yollanıb.  Yarışda ölkəmizi Mahir Əmiraslanov, Georgi Edişeraşvili (hər ikisi 57 kq), Əli Rəhimzadə (61 kq), Hacı Əliyev, Məhəmməd Müslümov (65 kq), David Suynuçxanov (70 kq), Cəbrayıl Həsənov, Murad Süleymanov (hər ikisi 74 kq), Şərif Şərifov (86 kq), Nurməhəmməd Hacıyev, Aslanbek Alborov (hər ikisi 97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) təmsil edəcək. Təcrübəli güləşçilərimizlə yanaşı, bir neçə gənc və perspektivli idmançının da heyətə daxil edilməsi məşqçilər korpusu tərəfindən onları sınaqdan keçirmək, ehtiyat qüvvənin hazırlıq səviyyəsini yoxlamaq məqsədi daşıyır. 

Yarışın proqramına əsasən, fevralın 16-da yarımqrup görüşləri, 17 fevralda isə final görüşləri keçiriləcək. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edəcək. 

Məlumat üçün bildirək ki, ötən il keçirilən analoji yarışda sərbəst güləşçilərimiz yarışları 5-ci yerdə başa vurub. Buna qədər isə sərbəst güləşçilərimiz iki dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub. 



Oxu 3453 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW