Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Yaponiya, Polşa və ABŞ komandaları ilə A qrupunda mübarizə aparıb. B qrupunda isə, Rusiya, Ukrayna, Monqolustan və İsveç komandaları qüvvələrini sınayıb.
Qrupun ilk görüşündə ABŞ komandası ilə 4:4 hesablı bərabərlik qeydə alınsa da, texniki göstəricilərə görə rəqibdən geri qalan yığmamı görüşü məğlub başa vurub. Qadın güləşçilərimiz ikinci görüşdə Polşa güləşçilərini 5:3 hesabı ilə məğlub edib. Qrupun son görüşünü güclü Yaponiya yığmasına qarşı keçirən komandamız 5:3 hesablı məğlubiyyətlə barışmalı olub. Bu görüşlərin nəticəsinə əsasən komandamız mübarizə apardığı A qrupunu 3-cü yerdə tamamlayıb. Qrup mərhələsində yığma komandamızın üzvlərindən ən yaxşı göstərici Mariya Stadnikə məxsusdur. Komandamızın kapitanı keçirdiyi hər 3 görüşü qələbə ilə başa vurub. Yuliya Ratkeviç və İrina Netreba isə, 3 görüşdən 2-sində qələbə qazanıb.
Beləliklə, qrup görüşlərinin nəticələrinə əsasən, yığma komandamız digər qrupu 3-cü yerdə tamamlamış Ukrayna güləşçiləri ilə 5-ci yer uğrunda qarşılaşıb. Ümumi hesab 4:4 tamamlansa da, texniki göstəricilərə görə rəqibindən üstün olan yığma komandamız Dünya Kubokunu 5-ci sırada tamamlayıb. Bu, qadın güləşi üzrə yığma komandamızın Dünya Kuboku yarışlarında ən yaxşı nəticədir. İndiyə qədər qadın güləşçilərimiz iki dəfə (2010 və 2012) Dünya Kubokunda mübarizə aparıb.
A qrupu | B qrupu | |
Yekun |
||
I tur | Yaponiya - Polşa 7:1 ABŞ - AZƏRBAYCAN 4*:4 (16:16) (42:39) 48 kq - Alisa Lampe - Mariya Stadnik 0:10 53 kq - Mary Fulp Allen - Anjela Doroqan 1:7 55 kq - Helen Maroulis - Nataliya Sinişin 11:0 58 kq - Alisson Ragan - İrina Netreba 1:6 60 kq - Rene Campbell - Yuliya Ratkeviç 0:10 63 kq - Elizabet Clodgo - Raqnetta Qurbanzadə 7:2 69 kq - Randi Miller - Nadya Muşka 7:0 75 kq - Adelin Grey - Gözəl Zutova 15:4 |
Rusiya - Ukrayna 4:4* Monqolustan - İsveç 6:2 |
A qrupu 1. Yaponiya 2. ABŞ 3. AZƏRBAYCAN 4. Polşa B qrupu 1. Rusiya 2. Monqolustan 3. Ukrayna 4. İsveç |
||
II tur | Yaponiya - ABŞ 5:3 Polşa - AZƏRBAYCAN 3:5 48 kq - Anna Lukasiak - Mariya Stadnik 0:8 (təmiz qələbə) 53 kq - Roksana Zasina - Anjela Doroqan 5:1 55 kq - Katarina Kravçik - Nataliya Sinişin 0:7 58 kq - Aleksandra Volçzinska - İrina Netreba 3:7 60 kq - Silvia Krol - Yuliya Ratkeviç 3:10 (təmiz qələbə) 63 kq - Monika Mixalik - Raqnetta Qurbanzadə 7:0 69 kq - Aqnieszka Vieszçek Kordus- Nadya Muşka 6:4 75 kq - Daria Urszula Osoçka - Gözəl Zutova 2:4 |
Rusiya - Monqolustan 5:3 Ukrayna - İsveç 6:2 |
|||
III tur | Yaponiya - AZƏRBAYCAN 5:3 Polşa - ABŞ 3:5 48 kq - Yu Miyahara - Mariya Stadnik 1:14 53 kq - Çiho Hamada - Anjela Doroqan 4:1 55 kq - Hikari Siqavara - Nataliya Sinişin 8:6 58 kq - Risako Kavai - İrina Netreba 12:1 60 kq - Kanako Murata - Yuliya Ratkeviç 2*:2 63 kq - Yurika İto - Raqnetta Qurbanzadə 0:3 69 kq - Kayoko Kudo - Nadya Muşka 5:6 75 kq - Hiroe Suzuki - Gözəl Zutova 4:2 |
Rusiya - İsveç 6:2 Ukrayna - Monqolustan 2:6 |
|||
5-ci yer uğrunda |
AZƏRBAYCAN - Ukrayna 4*:4 (16:15) (37:37) 48 kq - Mariya Stadnik - Olqa Şnayder 13:0 53 kq - Anjela Doroqan - Tatyana Lazereva 5:0 55 kq - Nataliya Sinişin - Tatyana Lavrençuk 5:3 58 kq - İrina Netreba - Tatyana Omelçenko 1:10 60 kq - Yuliya Ratkeviç - Oksana Herhel 2:3 63 kq - Raqnetta Qurbanzadə - Yuliya Tkaç Ostapçuk 0:10 69 kq - Nadya Muşka - Alla Çerkasova 5:9 75 kq - Gözəl Zutova - Katerina Burmistrova 6:2 |
FİNAL - Yaponiya - Rusiya 5:3 3-cü yer - ABŞ - Monqolustan 3:5 7-ci yer - Polşa - İsveç 5:3 |
NƏTİCƏ 1. Yaponiya 2. Rusiya 3. Monqolustan 4. ABŞ 5. AZƏRBAYCAN 6. Ukrayna 7. Polşa 8. İsveç |
CANLI YAYIM LİNKİ
B döşəyi - http://new.livestream.com/unitedworldwrestling/events/3864886
Foto: Dünya Güləş Birliyi
Videolara ardıcıl olaraq baxa bilərsiniz.