AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
05.03.2015 12:18

Qadın güləşçilərin Dünya Kuboku yarışları başlayır / HEYƏT

Materialı qiymətləndirin
(2 səs)
7-8 mart 2015-ci il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində qadın güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçiriləcək. Yarışda Azərbaycanla yanaşı, Yaponiya, Polşa, ABŞ, Rusiya, Ukrayna, Monqolustan və İsveç güləşçiləri iştirak edəcək. 

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Yaponiya, Polşa və ABŞ komandaları ilə A qrupunda mübarizə aparacaq. B qrupunda isə, Rusiya, Ukrayna, Monqolustan və İsveç komandaları qüvvələrini sınayacaq. 

Baş məşqçi Semyon Çterev və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında 8 güləşçimiz heyətdə yer alıb. Yarışlarda ölkəmizi Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin (55 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Raqnetta Qurbanzadə (63 kq), Nadya Muşka (69 kq) və Gözəl Zutova (75 kq) təmsil edəcək. 

Yarışın proqramına əsasən, martın 7-də qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə, 3-cülük uğrunda görüşəcək.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edəcək. 




Oxu 3251 dəfə
Tweet

Comments   

 
0 #1 nurlan 2015-03-05 21:42
selam gulesciler :oops: :sad: :cry:
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW