AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
25.02.2015 11:27

Qadın güləşçilərimiz Dünya Kubokuna Kiyevdə hazırlaşır

  • Çap
  • Email
Materialı qiymətləndirin
(2 səs)
7-8 mart 2015-ci il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində qadın güləşçilər arasında Dünya Kuboku yarışları keçiriləcək. Yarışda iştirak edəcək yığma komandamızın üzvləri təlim-məşq toplanışlarını Kiyevdə davam etdirir.

Qadın güləşi üzrə yığma komandamız fevralın 20-dən etibarən Ukrayna güləşçiləri ilə birgə təlim-məşq toplanışına başlayıb. 

Yığma komandanın baş məşqçisi Semyon Çterev və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında təlim-məşq toplanışına 11 güləşçi cəlb olunub. 

Mariya Stadnik (48 kq), Patimat Baqomedova, Anjela Doroqan, Leyla Qurbanova (hamısı 53 kq), Nataliya Sinişin (55 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Raqnetta Qurbanzadə, Elis Monolova (hər ikisi 63 kq), Nadya Muşka (69 kq) və Gözəl Zutovanın (75 kq) iştirak etdiyi təlim-məşq toplanışı martın 5-dək davam edəcək.

 
Oxu 2970 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW