AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
20.02.2015 19:23

Dünya Kuboku: AZƏRBAYCAN ÇEMPİON / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(40 səs)
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçirilib. Yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan güləşçiləri iştirak edib. 

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, İsveç və Almaniya komandaları ilə A qrupunda mübarizə aparıb. B qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan komandaları qüvvələrini sınayıb.

İlk olaraq yerli İran idmançıları ilə qarşılaşan güləşçilərimiz gərgin keçən görüşü 6:2 hesablı qələbə ilə başa vurub. Ardınca Almaniya və İsveç komandalarını 7:1 məğlub edən yığmamız qrup görüşlərini lider tamamlayıb. Bu nəticə ilə yunan-Roma güləşi yığmamız Azərbaycan güləş tarixində yeni bir tarix yazıb. Azərbaycan idman tarixində ilk dəfə olaraq yunan-Roma komandamız Dünya Kubokunun finalına vəsiqə qazanıb.

Finalda güləşçilərimiz digər qrupun birincisi olmuş Rusiya yığması ilə qarşılaşıb. Gərgin keçən görüş 4:4 hesablı bərabərliklə tamamlanıb. Ancaq xalların keyfiyyətinə görə 18:17 hesabı ilə komandamız rəqiblərindən üstün olub. Bu nəticə ilə Azərbaycan yunan-Roma güləşçiləri tarixində ilk dəfə Dünya Kubokunun sahibi olub. 

A qrupu   FİNAL 
AZƏRBAYCAN-İran 6:2 
59 kq - Rövşən Bayramov - Mohsin Hacıpur 3:4
66 kq - Həsən Əliyev - Afşin Biabanqard 5:0
71 kq - Rəsul Çunayev - Ramin Taheri 4*:4
75 kq - Elvin Mürsəliyev - Yusif Əkbəri 2:0
80 kq - Rafiq Hüseynov - Həbibulla Əxlaqi 5:4
85 kq - İslam Abbasov - Mojtaba Kərim Fard 10:4
98 kq - Orxan Nuriyev - Mehdi Əliyari 0:1
130 kq - Sabah Şəriəti - Behnam Mahdi Zade 8:0
  AZƏRBAYCAN-Rusiya 4*:4 (18:17)
59 kq - Elman Muxtarov - Z.Kabaloyev 2:3 
66 kq - Həsən Əliyev - A.Surkov 5:1
71 kq - Rəsul Çunayev - Çingiz Labazanov 2:0
75 kq - Elvin Mürsəliyev - Roman Vlasov 0:8
80 kq - Rafiq Hüseynov - E.Saleyev 2:1
85 kq - İslam Abbasov - Davit Çakvetadze 5:0 (təmiz qələbə)
98 kq - Orxan Nuriyev - Nikita Melnikov 0:5
130 kq - Sabah Şəriəti - S.Semyonov 1:2
AZƏRBAYCAN-Almaniya 7:1
59 kq - Elman Muxtarov - Deniz Menekse 9:3
66 kq - Həsən Əliyev - Mattias Maasch 1:0
71 kq - Rüstəm Əliyev - Maksmilian Şvabe 8:0
75 kq - Elvin Mürsəliyev - Jan Rotter 5:1
80 kq - Rafiq Hüseynov - Paskal Eysele 3:0
85 kq - Şəhriyar Məmmədov - Jan Fischer 2:0
98 kq - Orxan Nuriyev - Feliks Radinqer 2:3
130 kq - Sabah Şəriəti - Eduard Popp 1:0
                                    
AZƏRBAYCAN-İsveç 7:1
59 kq - Elman Muxtarov - Joakim Fagerlund 5:0
66 kq - Kamran Məmmədov - Frunze Harutunyan 6:2
71 kq - Rəsul Çunayev - Şarur Vardanyan 4:0 (tuşe)
75 kq - Elvin Mürsəliyev - Robert Rosengren 8:0
80 kq - Rafiq Hüseynov - Lenni Persson 8:0
85 kq - İslam Abbasov - Jim Pettersson 2:0
98 kq - Orxan Nuriyev - Teodoros Tounusidis 2:1
130 kq - Sabah Şəriəti - Johan Euren 0:2
  Yekun nəticə:
1. AZƏRBAYCAN
2. Rusiya
3. İran
4. Türkiyə
5. Macarıstan
6. isveç
7. Almaniya
8. Ermənistan


CANLI YAYIM LİNKİ - http://new.livestream.com/unitedworldwrestling/greco-roman-worldcup2015

Foto: Dünya Güləş Birliyi - UWW 




Oxu 18753 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW