AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
15.05.2014 21:01

AGF I vitse-prezidenti güləşçilərimizin yanında / FOTO

Materialı qiymətləndirin
(5 səs)
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarı start götürüb. Yarışda Azərbaycanla yanaşı, Rusiya, Koreya, Qazaxstan, Macarıstan, Türkiyə, İran, Finlandiya, Ermənistan və ABŞ güləşçiləri iştirak edir.

Yarışların ilk günündə yığma komandamızın üzvləri İran, Ermənistan və Koreya güləşçiləri ilə qarşılaşıb. Komandamız İran yığmasına uduzsa da, Ermənistanı 8:0, Koreyanı 5:3 hesabı ilə məğlub edib. Proqrama əsasən, güləşçilərimiz sabah qrupda sonuncu görüşünü Finlandiyaya qarşı keçirəcək.

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, FİLA İcraiyyə Komitəsinin üzvü cənab Namiq Əliyev fəxri qonaq qismində Dünya Kuboku yarışlarında iştirak edir. Yığma komandamızın keçirdiyi görüşləri Arenada seyr edən AGF I vitse-prezidenti Namiq Əliyev güləşçilərimizlə də görüşüb. Qazanılan qələbələr münasibətilə yığma üzvlərini təbrik edən AGF rəsmisi komandaya qarşıdakı görüşlərdə uğurlar arzulayıb.

Namiq Əliyev daha sonra ANS TV-nin İran İslam Respublikasının paytaxtındakı müxbirinin suallarını cavablandırıb. Müsahibə efirdə yayımlandıqdan sonra saytımızda yerləşdiriləcək.


Oxu 4644 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW