AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
09.05.2014 23:14

Yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışının püşkü atılıb / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(4 səs)
15-16 may 2014-cü il tarixdə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçiriləcək.

Yunan-Roma güləşi yarışlarında Azərbaycanla yanaşı, Rusiya, Koreya, Qazaxstan, Macarıstan, Türkiyə, İran, Finlandiya, Ermənistan və ABŞ güləşçiləri iştirak edəcək.

Artıq FİLA prezidenti Nenad Laloviç tərəfindən Dünya Kuboku yarışının püşkü atılıb. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Koreya, Ermənistan, İran və Finlandiya komandaları ilə B qrupunda mübarizə aparacaq.

A qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə, ABŞ və Qazaxstan komandaları qüvvələrini sınayacaq.

Yarışın proqramına əsasən, mayın 15-də qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə, 3-cülük uğrunda görüşəcək.

Dünya Kubokunda ölkəmizi təmsil edəcək komandanın heyəti yaxın günlərdə açıqlanacaq.



Oxu 3541 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW