AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
21.02.2013 20:49

Sərbəst güləş üzrə Dünya Kuboku 2013: Azərbaycan 9-cu oldu / FOTO-VİDEO

Materialı qiymətləndirin
(2 səs)
21-22 fevral 2013-cü il tarixdə sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçirilib. Sərbəst güləş yarışlarında Azərbaycanla yanaşı, Rusiya, İran, ABŞ, Gürcüstan, Qazaxstan, Yaponiya, Belarus, Bolqarıstan və Türkiyə güləşçiləri iştirak edib.

Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan yığması Rusiya, Türkiyə, Belarus və Qazaxıstanla birgə "A" yarımqrupunda, İran, Bolqarıstan, ABŞ, Yaponiya və Gürcüstan komandaları "B" yarımqrupunda mübarizə aparıb.

Azərbaycan güləşçiləri ilk görüşünü Rusiya yığmasına qarşı keçirib. Görüş Rusiya təmsilçilərinin qələbəsi ilə başa çatıb. Yarımqrupun ikinci görüşündə Belarus güləşçiləri ilə qarşılaşan yığmamız gərgin keçən görüşdən 4:3 hesablı qalibiyyətlə ayrılıb. Komandamızın növbəti görüşü Qazaxıstan güləşçiləri ilə olub, ancaq bu dəfə də güləşçilərimiz rəqiblərindən üstün ola bilməyiblər. Yarımqrupda son görüş Türkiyə yığmasına qarşı keçirilib, görüş 5:2 hesabı ilə Türkiyə güləşçilərinin qələbəsi ilə başa çatıb. Bu nəticə ilə yığmamız yarımqrupda sonuncu yeri tutub və digər yarımqrupun sonuncusu olan Bolqarıstan güləşçiləri ilə qarşılaşıb. Rəqibə heç bir şans verməyən güləşçilərimiz tam üstünlüklə qalib gələrək Dünya Kuboku 9-cu sırada tamamlayıb.

Finalda isə, Rusiya və İran komandaları yarışacaq.

9-cu yer uğrunda

AZƏRBAYCAN - BOLQARISTAN 7:0
55 kq - Mahmud Məhəmmədov - Mehmet Zeyti Ferahim (6:0, 8:0)
60 kq - Ağahüseyn Mustafayev - Stefan Qantsev İvanov (7:1, 7:0)
66 kq - Ruslan Dibirhacıyev - Nikolay Quşev Kortev (1:0, 2:0)
74 kq - Əşrəf Əliyev - Miroslav Stefanov Kirov (4:1, 3:2)
84 kq - İlya Xamikoyev - Güləşçi yoxdur
96 kq - Aslanbek Alborov - Güləşçi yoxdur
120 kq - Aslan Dzebişov - Güləşçi yoxdur

"A" yarımqrupu

AZƏRBAYCAN - RUSİYA 1:6

55 kq - Qalib Əliyev - Nariman İsrapilov (5:0, tuşe)
60 kq - Ağahüseyn Mustafayev - Aleksandr Boqomoev (0:1, 2:1, 1:3)
66 kq - Ruslan Dibirhacıyev - Soslan Ramonov (1:2, 1:0, 0:4)
74 kq - Əşrəf Əliyev - Kaxaber Xubejti (1:0, 2:3, 1:2)
84 kq - İlya Xamikoyev - Maqomed İbraqimov (0:2, 1:4)
96 kq - Aslanbek Alborov - Yuriy Belonovskiy (3:0, 0:1, 0:3)
120 kq - Əli İsayev - Feliks Tsarikayev (0:3, 0:3)

AZƏRBAYCAN - BELARUS  4:3
55 kq - Mahmud Məhəmmədov - Vladislav Andreyev (1:0, 1:0)
60 kq - Ağahüseyn Mustafayev - Sergey Yermakov (6:0, 3:0)
66 kq - Ruslan Dibirhacıyev - Aleksandr Kontoyev (1:0, 5:0)
74 kq - Əşrəf Əliyev - Ali Şabanov (0:2, 0:3)
84 kq - İlya Xamikoyev - Əmir Məhəmmədov (1:1, 1:4)
96 kq - Aslanbek Alborov - İvan Yankovski (0:3, 0:2)
120 kq - Aslan Dzebişov - Vadim Şvedov (1:0, 4:0)

QAZAXISTAN - AZƏRBAYCAN 5:2
55 kq - Şokan Çingizov - Qalib Əliyev
60 kq - Sayatbek Okassov - Ağahüseyn Mustafayev
66 kq - Dovran Junaqazıyev - Ruslan Dibirhacıyev
74 kq - Oljas Çingizbayev - Əşrəf Əliyev
84 kq - Semyon Semyonov - İlya Xamikoyev
96 kq - Əlixan Cumayev - Aslanbek Alborov
120 kq - Dövlət Şaranbay - Aslan Dzebişov

AZƏRBAYCAN - TÜRKİYƏ 2:5

55 kq - Mahmud Məhəmmədov - Sezer Akgül  (0:1, 0:1)
60 kq - Ağahüseyn Musatafayev - Munir Recep Aktaş (0:2, 0:1)
66 kq - Ruslan Dibirhacıyev - Yakup Gör (1:0, 0:1, 1:2)
74 kq - Əşrəf Əliyev - Abdulkadir Özmen (1:0, 1:1)
84 kq - İlya Xamikoyev (zədələndiyindən görüşə çıxmayıb) - Hakkı Ceylan
96 kq - Aslanbek Alborov - Faruk Akkoyun (1:0, 5:0)
120 kq - Əli İsayev - Taha Akgül (0:1, 0:1)

Türkiyə - Belarus 3:4
Qazaxıstan - Rusiya 0:7
Türkiyə - Rusiya 3:4
Belarus - Rusiya 1:5
Türkiyə - Qazaxıstan 6:1
Belarus - Qazaxıstan 4:3




Oxu 9235 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW