AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
19.02.2013 18:13

Yunan-Roma güləşi üzrə Dünya Kuboku 2013: Azərbaycan 7-ci oldu / VİDEO

Materialı qiymətləndirin
(1 Səs)

19-20 fevral 2013-cü il tarixdə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçirilib. Yunan-Roma güləşi yarışlarında Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, İran, Belarusiya, Qazaxıstan, Bolqarıstan, Koreya, Ermənistan və Macarıstan güləşçiləri iştirak edib.

Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan yığması Türkiyə, İran, Qazaxıstan və Macarıstanla birgə "B" yarımqrupunda, Rusiya, Bolqarıstan, Belarusiya, Koreya və Ermənistan komandaları "A" yarımqrupunda mübarizə aparıb.

Azərbaycan güləşçiləri ilk görüşünü Türkiyə yığmasına qarşı keçirib. Görüş güləşçilərimiz üçün uğurlu alınmayıb - 3:4. Daha sonra İran yığması ilə qarşılaşan komandamız bu dəfə də istədiyi nəticəni əldə edə bilməyib - 2:5. Komandamız yarımqrupda üçüncü görüşü Macarıstana qarşı keçirib və 7:0 hesabı ilə tam üstünlüklə qələbə qazanıb. Yarımqrupda sonuncu görüşünü Qazaxıstan yığmasına qarşı keçirən komandamız 2:5 hesabı ilə məğlub olub və qrupda 4-cü yerdə qərarlaşıb. Bununla da komandamız "A" yarımqrupunun dördüncüsü olan Belarusiya yığması ilə 7-ci yer uğrunda görüşə çıxıb. 6:1 hesablı qələbə ilə komandamız Dünya Kubokunu 7-ci yerdə tamamlayıb.

Finalda isə, yarımqrupların qalibi olan Rusiya və İran yığmaları qarşılacaq.

7-ci yer uğrunda

BELARUSİYA - AZƏRBAYCAN 1:6
55 kq - Elbek Tajiyev - Eldəniz Əzizli (0:1, 0:2)
60 kq - Maksim Kazarski - Taleh Məmmədov (0:1, 1:0, 0:1)
66 kq - Mixail Semyonov - Rəsul Çunayev (2:0, 0:4, 0:2)
74 kq - Aleksandr Dzemyanoviç - Niyaməddin İbrahimov (2:0, 1:3, 3:0)
84 kq - Aleksandr Kikinyov - Rafiq Hüseynov (0:1, 1:0, 0:1)
96 kq - Sergey Staradub - Şalva Qadabadze (1:2, 0:2)
120 kq - Kiril Xrişçanka - Radomir Petkoviç (0:1, 0:2)

"B" yarımqrupu

AZƏRBAYCAN - TÜRKİYƏ  3-4
55 kq - Eldəniz Əzizli - Fatih Üçüncü (3:0, 1:0)
60 kq - Taleh Məmmədov - Mevlut Arık (5:0, 1:0)
66 kq - Rəsul Çunayev - Yüksel Atakan (0:3, 0:1)
74 kq - Şamil Ertuqanov - Şeref Tüfeng (0:1, 0:4)
84 kq - Rafiq Hüseynov - Selçuk Cebi (0:1, 0:1)
96 kq - Şalva Qadabadze - Cenk İldem (1:0, 1:0)
120 kq - Radomir Petkoviç - Rza Kayaalp (0:1, 0:2)

AZƏRBAYCAN - İRAN  2:5
55 kq - Eldəniz Əzizli - Möhsün Hüseyn Hacı Pur (2:0, 0:2, 1:3)
60 kq - Sakit Cəlilov - Əbdülməhəmməd Papi (1:3, 0:1)
66 kq - Rəsul Çunayev - Əli İsmayıl Məhəmmədi (2:0, 0:2, 1:0)
74 kq - Niyaməddin İbrahimov - Fərşad Əlizadə Kalehkeşi (0:1, 0:4)
84 kq - Rafiq Hüseynov - Talib Nəriman Nemətpur (0:1, 1:0, 0:1)
96 kq - Şalva Qadabadze - Mehdi Əliyari (0:1, 1:0, 1:0)
120 kq - Radomir Petkoviç - Bəşir Əsgəri Babacanzadə Dərzi (0:1, 0:1)

MACARISTAN - AZƏRBAYCAN 0-7
55 kq - Güləşçi çıxmayıb - Eldəniz Əzizli  (0:5)
60 kq - Mate Krasznai - Taleh Məmmədov (1:0, 7:0)
66 kq - Kriştian Jager - Rəsul Çunayev (0:1, 1:6)
74 kq - Balint Korpasi - Şamil Ertuqanov (0:1, 0:1)
84 kq - Viktor Lorincz - Rafiq Hüseynov (0:5, tuşe)
96 kq - Giorgi Rizmajer - Saman Təhmasibi (1:0, 0:2, 0:3)
120 kq - Balint Lam - Radomir Petkoviç (2:0, 0:2, 0:4)

QAZAXISTAN - AZƏRBAYCAN 5-2
55 kq - Janserik Şrsenbiyev - Eldəniz Əzizli (2:5, 0:7)
60 kq - Almat Kebispayev - Taleh Məmmədov (7:1, 6:0)
66 kq - Yerbol Koniratov - Rəsul Çunayev (0:6, 1:0, 2:0)
74 kq - Dosjan Kartikov - Şamil Ertuqanov (1:0, 0:1, 0:2)
84 kq - Alxazur Ozdiyev - Rafiq Hüseynov (4:0, 1:0)
96 kq - Yerulan İskakov - Saman Təhmasibi (5:0, 0:2, 2:0)
120 kq - Murmaxan Tinaliyev - Radomir Petkoviç (2:0, 1:0)

Türkiyə-İran 3:4
Qazaxıstan-Macarıstan 4:3
İran-Qazaxıstan 6:1
Macarıstan-Türkiyə 0:7
Qazaxıstan-Türkiyə 1:6
İran-Macarıstan 7:0








Oxu 8468 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW