AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
15.02.2013 14:56

Sərbəst və yunan-Roma güləşi üzrə Dünya Kuboku Tehranda keçiriləcək

Materialı qiymətləndirin
(0 səs)
19-20 fevral 2013-cü il tarixdə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə, 21-22 fevral 2013-cü il tarixdə isə sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçiriləcək.

Yunan-Roma güləşi yarışlarında Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, İran, Belarusiya, Qazaxstan, Bolqarıstan, Koreya, Ermənistan və Macarıstan güləşçiləri iştirak edəcək.

Azərbaycan yunan-Roma güləşi komandasının heyətində Eldəniz Əzizli (55 kq), Taleh Məmədov, Sakit Cəlilov (hər ikisi 60 kq), Rəsul Çunayev (66 kq), Şamil Ertuqanov, Niyaməddin İbrahimov (hər ikisi 74 kq), Rafiq Hüseynov (84 kq), Şalva Qadabadze, Saman Təhmasibi (hər ikisi 96 kq) və Radomir Petkoviçin (120 kq) yer alması planlaşdırılıb. Güləşçilərimiz yarışda böyük məşqçi Nasir Burbaxış, məşqçilər Nezafet Dost Cəfər və Əsgər Musavinin rəhbərliyi altında iştirak edəcək.

Sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışında isə, Azərbaycan, Rusiya, İran, ABŞ, Gürcüstan, Qazaxstan, Yaponiya, Belarusiya, Bolqarıstan və Türkiyə güləşçiləri iştirak edəcək.

Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında Tehrana Mahmud Məhəmmədov, Qalib Əliyev (hər ikisi 55 kq), Ağahüseyn Mustafayev (60 kq), Ruslan Dibirhacıyev (66 kq), Əşrəf Əliyev (74 kq), İlya Xamikoyev (84 kq), Aslanbek Alborov (96 kq), Əli İsayev və Aslan Dzebişovun (hər ikisi 120 kq) yollanması planlaşdırılır.

Beynəlxalq dərəcəli hakim İntiqam Alıyev görüşlərin idarə edilməsində ölkəmizi təmsil edəcək.

Yarışın proqramına əsasən, fevralın 18-də yunan-Roma güləşi üzrə, fevralın 20-də isə sərbəst güləş üzrə püşkatma mərasimi keçiriləcək. Püşkatmanın nəticəsinə əsasən, komandalar iki yarımqrupda mübarizə aparacaq. Yarımqrupun liderləri finalda, qrup ikinciləri isə, 3-cülük uğrunda görüşəcək.
Oxu 6142 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW