AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
14.02.2013 14:53

ABŞ sərbəst güləşçiləri Dünya Kubokuna Bakıda hazırlaşır

  • Çap
  • Email
Materialı qiymətləndirin
(0 səs)
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışı keçiriləcək. 21-22 fevral 2013-cü il tarixdə baş tutacaq yarışda Azərbaycan, Rusiya, İran, ABŞ, Gürcüstan, Qazaxstan, Yaponiya, Belarusiya, Bolqarıstan və Türkiyə güləşçiləri iştirak edəcək.

ABŞ sərbəst güləşçiləri Dünya Kuboku öncəsi son hazırlıq məşqlərini Bakıda Azərbaycan güləşçiləri ilə birgə keçirir. Fevralın 12-dən etibarən paytaxtımızda olan ABŞ komandasının heyətində 11 güləşçi yer alıb. Onların arasında Dünya çempionatlarının mükafatçıları, eləcə də London Olimpiya Oyunlarının 74 kq çəki dərəcəsində qalibi Jordan Burroughs da var.

Məşqçilər Zeke Cons və Endi Hrovatın rəhbərliyi altında ölkəmizdə səfərdə olan ABŞ güləşçiləri fevralın 19-da təlim-məşq toplanışını başa vuracaq və İran İslam Respublikasına yollanacaq.

Oxu 4124 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW