AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
21.05.2012 14:58

Yunan-Roma güləşçilərimiz Dünya Kubokunda dördüncü oldu

  • Çap
  • Email
Materialı qiymətləndirin
(0 səs)
Rusiya Federasiyasının Saransk şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında keçirilən Dünya Kuboku yarışı başa çatıb. Azərbaycan yığma komandası yarışı dördüncü sırada tamamlayıb.

Yarışda millimiz yer aldığı qrupda Rusiyanı (4:3), Bolqarıstanı və Belarusu (hər ikisini 5:2) məğlub edib, İran yığmasına isə 3:4 hesabı ilə uduzmuşdu. Bürünc medal uğrunda güləşçilərimiz Cənubi Koreya millisi ilə qarşılaşmada millimiz 2:5 hesabı ilə məğlub olaraq Dünya Kubokunu dördüncü pillədə bitirib.

Xatırladaq ki, Saranskda Azərbaycan yığma komandasını Elçin Əliyev, Orxan Əhmədov (hər ikisi 55 kq), Sakit Cəlilov (60 kq), Rəsul Çunayev, Rüstəm Əliyev (hər ikisi 66 kq), Elvin Mürsəliyev, Rafiq Hüseynov (hər ikisi 74 kq), Həmzət Yusubov, Saman Təhmasibi (hər ikisi 84 kq), Şalva Qadabadze (96 kq) və Zaur Mehrəliyev (120 kq) təmsil edib. Güləşçilərimiz məşqçilər Şaban Donat və Mutalib Yerlikayanın rəhbərliyi altında yarışda iştirak edib.
Oxu 4632 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW