AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
15.05.2012 11:09

Yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku Saranskda keçiriləcək

  • Çap
  • Email
Materialı qiymətləndirin
(0 səs)
19-20 may 2012-ci il tarixdə Rusiya Federasiyasının Saransk şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku keçiriləcək. Azərbaycanla yanaşı, Rusiya, İran, Qazaxstan, Koreya, Belarus, Bolqarıstan, Türkiyə, Macarıstan və Ermənistan güləşçiləri iştirak edəcək.

Saranskda Dünya Kuboku uğrunda mübarizə aparacaq Azərbaycan yığma komandasının heyətində Elçin Əliyev, Orxan Əhmədov (hər ikisi 55 kq), Sakit Cəlilov (60 kq), Rəsul Çunayev, Rüstəm Əliyev (hər ikisi 66 kq), Elvin Mürsəliyev, Rafiq Hüseynov (hər ikisi 74 kq), Həmzət Yusubov, Saman Təhmasibi (hər ikisi 84 kq), Şalva Qadabadze (96 kq) və Zaur Mehrəliyev (120 kq) yer alıb. Güləşçilərimiz məşqçilər Şaban Donat və Mutalib Yerlikayanın rəhbərliyi altında yarışda iştirak edəcək. Olimpiya dərəcəli hakim Hicran Şərifov görüşlərin idarə edilməsində ölkəmizi təmsil edəcək.

Yarışın proqramına əsasən, mayın 18-də püşkatma mərasimi keçiriləcək. Püşkatmanın nəticəsinə əsasən, komandalar iki yarımqrupda mübarizə aparacaq. Yarımqrupun liderləri finalda, qrup ikinciləri isə, 3-cülük uğrudan görüşəcək.

Oxu 4530 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW