AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
14.05.2012 11:37

Azərbaycan millisi Dünya kuboku yarışlarında gümüş medal qazanıb

Materialı qiymətləndirin
(0 səs)
Mayın 13-də Bakıda sərbəst güləş üzrə böyüklər arasında dünya Kuboku yarışlarının final mərhələsinin görüşləri keçirilib.

“Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunan yarışda Azərbaycan ilə yanaşı, Rusiya, İran, ABŞ, Gürcüstan, Qazaxstan, Yaponiya, Belarus, Bolqarıstan və Türkiyə idmançıları da iştirak edib.

Azərbaycan yığması A qrupunda mübarizə aparmış və keçirdiyi bütün görüşlərdə qələbə qazanaraq finala yüksəlib - Rusiya (7:0), Bolqarıstan (7:0), Qazaxıstan (7:0), Belarus (6:1).

Həlledici görüş Azərbaycan güləşçiləri ilə İran millisi arasında keçirilmişdir. Güləşçilərimiz 3:4 hesabı ilə məğlub olaraq dünya kuboku yarışlarının gümüş medalını qazanıblar. Turnirdə ABŞ millisi üçüncü olub.
Oxu 3841 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW