AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
12.05.2012 16:09

Bakıda sərbəst güləş üzrə Dünya Kuboku yarışı keçirilir

  • Çap
  • Email
Materialı qiymətləndirin
(0 səs)
Mayın 12-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışı başlanmışdır.

Yarışın açılış mərasimində çıxış edən Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov son illər Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğulamışdır. O bildirmişdir ki, dövlət başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idman sürətlə inkişaf edir. Bu gün Azərbaycanda bir çox idman növləri inkişaf etdirilir və sevindirici haldır ki, bu sırada güləş xüsusi yerlərdən birini tutur. Yüksək nəticələrin davamı kimi bu il Azərbaycan güləşçiləri Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarına 13 lisenziya qazanmışlar. Ümid edirik ki, güləşçilərimiz Olimpiya Oyunlarında layiqli çıxışları və medalları ilə Azərbaycan xalqını sevindirəcəklər. Bu gün açılışa toplaşmış bütün yarış iştirakçılarına uğurlar arzulayır və qələbə sevinci yaşamağı diləyirəm.

FİLA prezidenti Rafael Martinetti artıq Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, beynəlxalq idman təşkilatları üçün ölkəmizin etibarlı tərəfdaş olduğunu, Dünya Kuboku yarışının əhəmiyyətini qeyd etmişdir. R.Martinetti iştirakçıları salamlamış, turnirin yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə etmiş, yüksək təşkilatçılığa görə ölkə rəhbərliyinə və AGF-yə təşəkkür etmişdir.

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışının iştirakçılarını salamlamış və bu mötəbər turnirin təşkilini ölkəmizə etibar etdiyinə görə FİLA rəhbərliyinə öz təşəkkürünü bildirmişdir. N.Əliyev demişdir: “Azərbaycan Respublikasının Prezidenti, milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğısı nəticəsində son illər Bakı şəhəri dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir. Ölkəmizin iqtisadi qüdrətinin ildən-ilə artması bütün sahələrdə olduğu kimi, sosial sahənin, eləcə də mədəniyyətin və idmanın tərəqqisinə də öz müsbət təsirini göstərir. Sizə məlum olduğu kimi cəmi bir neçə gün sonra Bakı “Avroviziya” mahnı müsabiqəsinin iştirakçılarını və qonaqlarını qəbul edəcəkdir və bu ölkəmizin mədəni həyatında çox mühüm hadisədir. 2012-ci il ölkə Prezidenti tərəfindən Azərbaycanda “İdman ili” elan edilmişdir və bu da təbiidir ki, idmanın inkişafına yeni bir təkan verəcəkdir. Biz çox şadıq ki, Dünya Kuboku kimi mötəbər bir yarış da məhz bu il Bakıda keçirilir. Növbəti hədəfimiz 2020-ci il yay Olimpiya idman oyunlarına sahiblik etmək uğrunda mübarizə aparmaqdır”.

London Olimpiadası ərəfəsində keçirilən bu yarışın güləşçilər üçün güclərini sınamaq, ustalıqlarını artırmaq baxımından da mühüm əhəmiyyətə malik olduğunu bildirən AGF-nin I vitse-prezidenti Namiq Əliyev Dünya Kuboku yarışını açıq elan etmişdir.

Yarışda dünyanın 10 ölkəsindən 200-dək idmancı Dünya Kuboku uğrunda mübarizə aparacaqlar. Mayın 12-də yarımqruplar üzrə görüşlər, 13-də isə final görüşləri keçiriləcək.

Oxu 4484 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW