AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
25.05.2011 11:24

Gənc sərbəst güləşçilərimiz Dünya Kubokunda iştirak edəcək

  • Çap
  • Email
Materialı qiymətləndirin
(0 səs)

27-28 may 2011-ci il tarixdə Almaniyanın Plauen şəhərində sərbəst güləş üzrə gənclər arasında Dünya Kuboku yarışları keçiriləcək. İlk dəfə keçirilən yarışlarda Rusiya, Azərbaycan, Gürcüstan, Türkiyə, İran, ABŞ, Yaponiya və Almaniya komandaları iştirak edəcək.

Sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandamız böyük məşqçilər Arif Abdullayev və Elman Əsgərovun rəhbərliyi altında yarışda iştirak edəcək. Heyətdə Əlisa Abbasov (50 kq), Çingiz Qaxacov (55 kq), Toğrul Əsgərov (60 kq), Məhəmməd Müslümov (66 kq), İbrahim Yusifov (74 kq), İlya Xamikoyev (84 kq), Aslanbek Alborov (96 kq) və Əli Məhəmməddabirov (120 kq) yer alıb.

Görüşlərin idarə edilməsində ölkəmizi olimpiya dərəcəli hakim Hicran Şərifov təmsil edəcək.

Oxu 4058 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW