AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
28.11.2017 11:03

Güləşçilərimiz Dünya çempionatını 5 bürünc medalla tamamlayıb / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Polşanın Bıdqoş şəhərində güləş üzrə U-23 Dünya çempionatı keçirilib. 19-23 yaşlı idmançılar arasında ilk dəfə keçirilən çempionatı yığma komandamızın üzvləri 5 bürünc medalla başa vurub.

İlk iki yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparıb. Komandamızın üzvlərindən Sakit Cəlilov (59 kq) və İslam Abbasov (85 kq) bürünc medal qazanıb. Nəsir Həsənov (75 kq) isə beşinci yerdə qərarlaşıb.

Qadın güləşçilərin mübarizəsini də yığmamızın üzvləri 2 bürünc medalla tamamlayıb. Türkan Nəsirova (48 kq) və Tatyana Omelçenko (60 kq) fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. Alyona Kolesnik (58 kq) isə beşinci yeri tutub.

Son yarış günlərində mübarizəyə qoşulan sərbəst güləşçilərin qazancı isə 1 bürünc medal olub. 57 kq çəkidə yarışan Pərviz İbrahimov çempionatı üçüncü sırada tamamlayıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edib.





Oxu 678 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW