AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
17.10.2017 09:47

Veteran güləşçilərimiz 1 qızıl və 1 gümüş medal qazanıb / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(3 səs)
Bolqarıstanın Plovdiv şəhərində Veteran güləşçilərin Dünya çempionatı keçirilib. 

Azərbaycan pəhləvanları çempionatı 1 qızıl və 1 gümüş medalla başa vurub. 

Sərbəst güləş yarışlarında B divizionunda mübarizə aparan Mayis İbadov (70 kq) ardıcıl olaraq Almaniya, Moldova və Bolqarıstan təmsilçilərini mübarizədən kənarlaşdıran güləşçimiz finala yüksəlib. Həlledici görüşdə İran idmançısına da qalib gələn Mayis İbadov veteranlar arasında Dünya çempionu olub.

Yunan-Roma güləşi yarışlarında D divizionunda mübarizə aparan Rövşən İsmayılxanlı (130 kq) isə çempionatı ikinci sırada tamamlayıb. Həlledici görüşdə Polşa idmançısına məğlub olan təmsilçimiz Dünya çempionatının gümüş medalına yiyələnib. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edib. 

 
Oxu 523 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW