AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
23.09.2017 12:56

HDÇ-2017: Murad Məmmədov bürünc medal qazandı / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Litvanın Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatı davam edir.

Üçüncü yarış günündə yunan-Roma güləşçilərimiz Sənan Əlimirzəyev (71 kq), Murad Məmmədov (59 kq) və Kərim Cəfərov (66 kq) xalça üzərinə çıxıblar. Güləşçilərimiz günü 1 bürünc medalla tamamlayıb. 

ABŞ idmançısı İldar Hafizov üzərində 9:0 hesabı ilə qələbə qazanan Murad Məmmədov bürünc medala sahib olub.

Sənan Əlimirzəyev (71 kq) və Kərim Cəfərov (66 kq) isə bürünc medal uğrunda görüşdə uduzaraq çempionatı 5-ci sırada tamamlayıb. 

Həsən Əliyev (75 kq) məşqdə zədələndiyinə görə yarışlarda iştirak edə bilməyib.

Məlumat üçün bildirək ki, hərbçilərin güləş üzrə 32-ci dünya çempionatında 22 ölkədən 320-yə yaxın idmançı iştirak edir. 

 
Oxu 734 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW