AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
21.09.2017 12:00

HDÇ-2017: ilk yarış günündə 1 qızıl, 1 gümüş və 3 bürünc medal / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Litvanın Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatına start götürüb.

İlk yarış günündə sərbəst güləşçilərimiz Əfqan Xaşalov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq) və qadın güləşçilərimizdən Türkan Nəsirova (48 kq) Tatyana Varantsova (53 kq) xalça üzərinə çıxıblar.

Yığmamızın üzvləri yarış gününü 1 qızıl, 1 gümüş, 3 bürünc medalla başa vurub.

Qızıl medalı yığmamıza Qalib Əliyev (61 kq) qazandırıb. Sərbəst güləşçimiz finalda amerikalı Rayn Menqlanı 8:4 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Yığmamızın üzvü Əfqan Xaşalov (57 kq) Rumıniya güləşçisi Dukuk Andreyi 8:1 hesabı ilə məğlub edərək bürünc medala layiq görülüb. 

Ağahüseyn Mustafayev (65 kq) həlledici görüşdə iranlı Mehran Nasirini 4:3 hesabı ilə məğlub edərək bürünc medal qazanıb. Coşqun Əzimov (70 kq) da bürünc medal qazanıb. Həlledici görüşdə o, polşalı Mateus Pisariskini 11:5 hesabı ilə məğlub edib. 

Qadın güləşçilərimizdən Türkan Nəsirova (48 kq) isə gümüş medalla kifayətlənib.

Məlumat üçün bildirək ki, hərbçilərin güləş üzrə 32-ci dünya çempionatında 22 ölkədən 320-yə yaxın idmançı iştirak edir. 


Oxu 1249 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW