AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
09.09.2017 08:03

YDÇ-2017: 1 bürünc medal və komanda hesabında 3-cü yer / VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(6 səs)
Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı başa çatıb.

Altıncı yarış günündə 46, 54, 63, 76 və 100 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.

63 kq çəki dərəcəsində mübarizə aparan Hacımurad Hacıyev ardıcıl olaraq Kanada və Almaniyadan olan rəqiblərini vaxtından əvvəl, daha sonra isə Hindistan təmsilçisini texniki üstünlüklə məğlub edib. Yarımfinalda Rusiya idmançısına uduzan təmsilçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Hacımurad Hacıyev son görüşdə Monqolustan idmançısına da vaxtından əvvəl tam üstünlüklə qalib gəlib və çempionatın bürünc medalını qazanıb. 

46 kq çəkidə mübarizə aparan Tofiq Əliyev və 100 kq çəkidə təmsilçimiz Temraz İsmayılov bürünc medal görüşündə uduzaraq çempionatı beşnci sırada tamamlayıb.

Beləliklə, sərbəst güləşçilərimiz çempionatı 1 qızıl, 3 gümüş və 1 bürünc medalla tamamlayıb. Bu nəticə ilə sərbəst güləşçilərimiz komanda hesabında 61 xalla 3-cü nəticə göstərib. Rusiya 73 xalla birinci, ABŞ komandası isə 66 xalla ikinci yeri tutub.

Məlumat üçün bildirək ki, yığma komandamızın üzvləri yunan-Roma güləşi yarışlarında 1 qızıl və 2 gümüş, yeniyetmə qızların yarışında isə 1 qızıl və 1 bürünc medala sahib olub. 

46 kq
Bürünc medal görüşü - Tofiq Əliyev - Adlan Askarov (KAZ) 0:11
Təsəlliverici görüş - Ioannis Martidis (GRE) - Tofiq Əliyev 1:1*
1/4 final - Tofiq Əliyev - Giorgi Gegelaşvili (GEO) 1:6
1/8 final - Turki Ali Hazoazi (KSA) - Tofiq Əliyev 2:3

54 kq
1/16 final - Şahmurad Usuflu - Tigran Ghazaryan (ARM) 1:8

63 kq
Bürünc medal görüşü - Hacımurad Hacıyev - Byambadorj Enxbayar (MGL) 11:0 (1.25 dəq)
1/2 final - İnar Ketia (RUS) - Hacımurad Hacıyev 4:0
1/4 final - Rohit Rohit (İND) - Hacımurad Hacıyev 4:6
1/8 final - Tino Rettinger (GER) - Hacımurad Hacıyev 0:10 (2.52 dəq)
1/16 final - Hacımurad Hacıyev - Tristan Hideki Kato (CAN) 6:0 (tuşe, 1.30 dəq.)

76 kq
1/4 final - Piotr Caraseni (MDA) - İslam Əliyev 8:6
1/8 final - Stavros Alevizos (GRE) - İslam Əliyev 0:10 (1.41 dəq)
1/16 final - İslam Əliyev - Carson Barry Lee (CAN) 10:0 (1 dəq.)

100 kq
Bürünc medal görüşü - Temraz İsmayılov - Seyedmehdi Seyedabasali Haşemijuybari (İRİ) 0:10
Təsəlliverici görüş - Temraz İsmayılov - Solomon Manaşvili (GEO) 8:7
Təsəlliverici görüş - Temraz İsmayılov - Enkh Orgiil Beejin (MGL) 21:11
1/16 final - Temraz İsmayılov - İsmail-bek Nirov (RUS) 0:11

Görüşləri aşağıdakı linkdən canlı izləmək mümkündür. 

https://unitedworldwrestling.org/event/world-championships-29



Oxu 2854 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW