AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
06.09.2017 11:23

YDÇ-2017: Şahanə Nəzərova qızıl medal qazanıb / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(5 səs)
Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. 

Üçüncü yarış günündə 38, 43, 49, 56 və 65 kq çəki dərəcələrində yeniyetmə qızlar mübarizəyə qoşulub. Güləşçilərimiz 4 çəkidə mübarizə aparıb.

38 kq-da mübarizə aparan Şahanə Nəzərova ilk görüşdə Yaponiya təmsilçisini 84 saniyədə, yarımfinalda isə Rusiya idmançısını 65 saniyədə tam üstünlüklə məğlub edərək finala yüksəlib. Final görüşündə güləşçimiz Ukrayna təmsilçisini də vaxtından əvvəl, cəmi 82 saniyəyə tam üstünlüklə məğlub edib və Dünya çempionatının qızıl medalına yiyələnib.

Məlumat üçün bildirək ki, Şahanə Nəzərova bir ay bundan əvvəl yeniyetmələrin Avropa çempionu adını qazanıb.

38 kq 

FİNAL - Şahanə Nəzərova - Mariya Tomişç (UKR) 11:0 (82 san.)
1/2 final - Şahanə Nəzərova - Luçana Bekbaulova (RUS) 10:0 (65 san.)
1/4 final - Karin Uematsu (JPN) - Şahanə Nəzərova 0:10 (84 san.)

43 kq 
1/8 final - Yasəmən Məcidli - Ayazhan Markaşeva (KAZ) 2:12

49 kq 
Təsəlliverici görüş - Sevinc Əhədova - Vayle Rae Baker (USA) 2:12
1/16 final - Sevinc Əhədova - Suzuna Yoşimura (JPN) 0:4

56 kq 
1/8 final - Laura Gomez Vizcaino (ESP) - Jalə Əliyeva 13:3

Görüşləri aşağıdakı linkdən canlı izləmək mümkündür. 

https://unitedworldwrestling.org/event/world-championships-29



Oxu 2615 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW