AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
04.09.2017 18:33

YDÇ-2017: Zaur Əliyev gümüş medal qazanıb / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(3 səs)
Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı start götürüb.

İlk yarış günündə yunan-Roma güləşi üzrə 50, 54, 58, 63 və 100 kq çəki dərəcələrində pəhləvanlar mübarizə aparıb.

50 kq çəkidə mübarizə aparan Zaur Əliyev ardıcıl olaraq Macarıstan və İsveç güləşçilərini məğlub edib. Yarımfinalda Ermənistan təmsilçisinə də heç bir şans verməyən güləşçimiz finala yüksəlib. Yaponiya idmançısı ilə gərgin keçən final qarşılaşmasında zədəli mübarizə aparan Zaur Əliyev minimal xal fərqi ilə uduzub və dünya çempionatının gümüş medalı ilə kifayətlənib. 

Xatırladaq ki, Zaur Əliyev bir ay bundan əvvəl 46 kq çəkidə yeniyetmələrin Avropa çempionu adını qazanıb.

50 kq
FİNAL - Zaur Əliyev - Ken Matsui (JPN) (5 sentyabr, saat 19:00)
1/2 final - Zaur Əliyev - Hayk Asatryan (ARM) 10:2
1/4 final - Niklas Jan Olov Pontus Oehlen (SWE) - Zaur Əliyev 1:2
1/8 final - Zaur Əliyev - David Kecskemeti (HUN) 8:0 (1.33 dəq)

54 kq
1/4 final - Əsgər Əlizadə - Aliaksandr Peçurenka 2:11
1/8 final - Ahmed Abdelhakim Merikhi (ALG) - Əsgər Əlizadə 1:9

58 kq
1/16 final - Sergey Chigirov (RUS) - Həsən Məmmədli 3:0

63 kq
Təsəlliverici görüş - Ruslan Hədisov - Raxat Sagymbay (KAZ) 0:8
1/8 final - Ruslan Hədisov - Mostafa Kayed Khordeh (İRİ) 1:6

100 kq
1/4 final - Sərxan Məmmədov - Ciprian İlie Trufan (ROU) 1:3
1/8 final - Sərxan Məmmədov - Tomas Jacek Vavrzinçik (POL) 5:0

Görüşləri aşağıdakı linkdən canlı izləmək mümkündür. 

https://unitedworldwrestling.org/event/world-championships-29


Oxu 3097 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW