AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
26.08.2017 08:02

DÇ-2017: Aslanbek Alborov bürünc medal qazandı / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(8 səs)
Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı başa çatıb.

Son yarış günündə 65, 70, 74 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıb. 

74 kq çəkidə yarışan Cəbrayıl Həsənov Qazaxstan və Hindistandan olan rəqiblərini üstələsə də Rusiya idmançısına uduzub. Rəqibin finala yüksəlməsi ilə güləşçimiz təsəlliverici görüşə qatılıb. İsrail təmsilçisi ilə görüşdə qalib gələn Cəbrayıl bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə Türkiyə təmsilçisi Söner Demirtaşa uduzan güləşçimiz çempionatı beşinci sırada tamamlayıb.

97 kq çəkidə mübarizə aparan Aslanbek Alborov ilk dəfə qatıldığı böyüklər arasında Dünya çempionatını bürünc medalla başa vurub. Ardıcıl olaraq Türkiyə, Makedoniya və Koreya idmançılarını mübarizədən kənarlaşdıran təmsilçimiz yarımfinalda ABŞ təmsilçisi olan Olimpiya çempionu Kyle Snayderə uduzub. Bürünc medal uğrunda görüşdə isə Qazaxstan idmançısından üstün olan Aslanbek Alborov çempionatı üçüncü sırada tamamlayıb.

Sərbəst güləş yarışlarının ilk günündə 61 kq-da mübarizə aparan Hacı Əliyev qızıl medal və sərbəst güləş tarixində ilk üçqat Dünya çempionu adını qazanıb.

65 kq
1/8 final - Ağahüseyn Mustafayev - Azamat Nurikau (BLR) 4:5
1/16 final - Ağahüseyn Mustafayev - Lkhangarmaa Narmandax (MGL) 13:2

70 kq
1/16 final - Yuhi Fujinami (JPN) - Hacımurad Ömərov (AZE) 7:0

74 kq
Bürünc medal görüşü - Cəbrayıl Həsənov - Söner Demirtaş (TUR) 0:5
Təsəlliverici görüş - Hanoç Raçamin (İSR) - Cəbrayıl Həsənov 0:5
1/4 final - Xetik Tsabolov (RUS) - Cəbrayıl Həsənov 11:4
1/8 final - Cəbrayıl Həsənov - Parveen Rana (İND) 5:0
1/16 final - Galymzhan Usserbayev (KAZ) - Cəbrayıl Həsənov 7:9

97 kq
Bürünc medal görüşü - Mamed İbragimov (KAZ) - Aslanbek Alborov 2:3
1/2 final - Kyle Snyder (USA) - Aslanbek Alborov 9:2
1/4 final - Aslanbek Alborov - Jaegang Kim (KOR) 11:0
1/8 final - Maqomedqadji Nurov (MKD) - Aslanbek Alborov 4:10
1/16 final - Riza Yıldırım (TUR) - Aslanbek Alborov 3:5

Görüşləri aşağıdakı linkdən canlı izləmək mümkündür. 

https://unitedworldwrestling.org/event/world-championships-27


Oxu 7139 dəfə
Tweet

Add comment


Security code
Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW