AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
25.08.2017 11:31

DÇ-2017: Hacı Əliyev üçqat Dünya çempionu oldu / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(11 səs)
Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı davam edir.

Beşinci yarış günündə 57, 61, 86 və 125 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub. 

61 kq çəkidə mübarizə aparan ikiqat Dünya çempionu, Olimpiya Oyunlarının bürünc medalçısı Hacı Əliyev ardıcıl olaraq bütün rəqiblərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Finala qədər güləşçimiz Qırğızıstan, Yaponiya, Slovakiya və Kubadan olan rəqiblərini tam üstünlüklə məğlub edib. Həlledici görüşdə Hacı Əliyevin rəqibi Rusiya idmançısı Hacımurad Rəşidov olub. Görüşün başa çatmasına 30 saniyə qalmış rəqibinin kürəyini xalçaya sıxan güləşçimiz tam üstünlüklə qalib gəlib. Bununla da Hacı Əliyev Azərbaycan sərbəst güləş tarixində üçqat Dünya çempionu olan ilk güləşçi olub.

86 kq çəkidə yarışan Aleksandr Qostiyev ardıcıl olaraq Qırğızıstan və Gürcüstandan olan rəqiblərini üstələsə də İran idmançısına uduzub. Rəqibin finala yüksəlməsi ilə təmsilçimiz təsəlliverici görüşlərə qatılıb. Bu görüşdə Moldova idmançısını mübarizədən kənarlaşdıran Aleksandr Qostiyev bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici qarşılaşmada idmançımız Rusiya güləşçisinə uduzub və çempionatı 5-ci sırada tamamlayıb. 

57 kq 

1/16 final - Nodirjon Safarov (UZB) - Mahir Əmiraslanov 7:6

61 kq 
FİNAL - Hacımurad Rəşidov (RUS) - Hacı Əliyev 1:7 (tuşe)
1/2 final - Hacı Əliyev - Yovlis Bonne Rodrigez (CUB) 10:0 (2.13 dəq)
1/4 final - Hacı Əliyev - Mikola Bolotnjuk (SVK) 10:0 (2 dəq)
1/8 final - Rinya Nakamura (JPN) - Hacı Əliyev 1:10
1/16 final - Alibek Osmonov (KGZ) - Hacı Əliyev 0:8

86 kq 
Bürünc medal görüşü - Aleksandr Qostiyev - Vladislav Valiev (RUS) 1:3
Təsəlliverici görüş - Piotr Yanulov (MDA) - Aleksandr Qostiyev 2:5
1/4 final - Hassan Aliazam Yazdaniçarati (İRİ) - Aleksandr Qostiyev 10:0
1/8 final - Aleksandr Qostiyev - Davit Xutsişvili (GEO) 4:0
1/16 final - Baktyiar Karagul Uulu (KGZ) - Aleksandr Qostiyev 0:10

Görüşləri aşağıdakı linkdən canlı izləmək mümkündür. 

https://unitedworldwrestling.org/event/world-championships-27
.


Oxu 10802 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW