AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
06.08.2017 11:14

GDÇ-2017: Namaz Rüstəmov bürünc medal qazanıb / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı başa çatıb. 

Yunan-Roma güləşçilərinin ilk yarış günündə Nəsir Həsənov (74 kq) bürünc medal qazanıb. 

Son yarış günündə 55, 66, 84 və 120 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub. 

66 kq çəkidə mübarizə aparan Namaz Rüstəmov Macarıstan və Özbəkistandan olan rəqiblərinə qalib gəlsə də, 1/4 final görüşünü uduzub. Onun rəqibi finala yüksəldiyindən güləşçimiz təsəlliverici görüşlərə qatılıb. Ukrayna idmançısına qalib gələn Namaz Rüstəmov bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə onun rəqibi Türkiyə idmançısı olub. Gərgin keçən qarşılaşmada hesab bərabər olsa da qaydalara əsasən son xalı Namaz qazandığı üçün bürünc medalın sahibi olub. 

55 kq 
1/16 final - Hee Dong Son (KOR) - Zaur Nuriyev 6:5

66 kq 
Bürünc medal görüşüNamaz Rüstəmov - Murat Fırat (TUR) 2*:2
Təsəlliverici görüş - Andiiy Partsey (UKR) - Namaz Rüstəmov 0:9
1/4 final - Malxas Amoyan (ARM) - Namaz Rüstəmov 5:1
1/8 final - Maxmud Baxşilloev (UZB) - Namaz Rüstəmov 3:4
1/16 final - Namaz Rüstəmov - Mark Arvai (HUN) 6:2

84 kq 
1/8 final - Salih Aydin (TUR) - Tuncay Vəzirzadə 5:3

120 kq
1/4 final - Seyidməhəmməd Ömərov - Patrik Jan Kaminski (POL) 0:2
1/8 final - Seyidməhəmməd Ömərov - Satiş Satiş (İND) 7:3

Görüşləri aşağıdakı linkdən canlı izləmək mümkündür. 

https://unitedworldwrestling.org/event/world-championships-25


Oxu 3016 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW