AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
05.08.2017 18:40

GDÇ-2017: Nəsir Həsənov bürünc medal qazanıb / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir. 

Beşinci yarış günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub. 

74 kq çəki dərəcəsində mübarizə aparan Nəsir Həsənov Polşa və Kanadadan olan rəqiblərini üstələyib. Ancaq ABŞ təmsilçisi ilə gərgin keçən görüşdə uduzub. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşə qatılmaq şansı verib. Bu zaman Almaniya idmançısına qalib gələn Nəsir Həsənov bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə onun rəqibi İsveç idmançısı olub. Rəqibə heç bir şans verməyən Nəsir çempionatın bürünc medalını qazanıb. 

50 kq 
1/4 final - Poya Soulat Dad Marz (İRİ) - Zülfüqar Əliyev 6:2
1/8 final - Zülfüqar Əliyev - Ramaz Silagava (GEO) 1:0

60 kq 
1/16 final - Kamran Mirzəliyev - Seydylla Tazayev (TKM) 2:6

74 kq
Bürünc medal görüşü - Nəsir Həsənov - Per Albin Olofsson (SWE) 10:1
Təsəlliverici görüş - Karan Mosebach (GER) - Nəsir Həsənov 9:13
1/4 final - Kamal Ameer Bey (USA) - Nəsir Həsənov 7:4
1/8 final - Yohn Yeats (CAN) - Nəsir Həsənov 3:4
1/16 final - Krisztof Marek Niklas (POL) - Nəsir Həsənov 2:5

96 kq 
1/16 final - Kiril Milenov Milov (BUL) - Tehran Əminzadə 2:1

Görüşləri aşağıdakı linkdən canlı izləmək mümkündür. 

https://unitedworldwrestling.org/event/world-championships-25
Oxu 1897 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW