AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
04.08.2017 11:26

GDÇ-2017: Türkan Nəsirova gümüş, Leyla Qurbanova bürünc medal qazanıb / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(2 səs)
Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir. 

Dördüncü yarış günündə 48, 55, 63 və 72 kq çəki dərəcələrində gənc qızlar mübarizə aparıb. Yığma komandamızın 2 üzvü yarışda iştirak edib və hər ikisi medal qazanıb. Güləşçilərimiz 1 gümüş və 1 bürünc medala sahib olub. 

48 kq-da mübarizə aparan Türkan Nəsirova bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Güləşçimiz ardıcıl olaraq Avstriya və Türkiyə təmsilçilərini vaxtından əvvəl, Qazaxstan və Tunis idmançılarını isə böyük xal fərqi ilə mübarizədən kənarlaşdırıb. Final görüşündə Yaponiya idmançısına uduzan Türkan gümüş medala yiyələnib. 

55 kq çəkidə yarışan Leyla Qurbanova ilk görüşündə Koreya idmançısına vaxtından əvvəl qalib gəlib. Ardınca Yaponiya təmsilçisinə uduzan güləşçimiz rəqibin finala yüksəlməsilə təsəlliverici görüşə qatılıb. Macarıstan təmsilçisi ilə gərgin keçən görüşü qalib başa vuran Leyla bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə Ukrayna idmançısından üstün olan güləşçimiz çempionatın bürünc medalını qazanıb. 

48 kq 
FİNAL - Kika Kagata (JPN) - Türkan Nəsirova 4:0
1/2 final - Sarr Hamdi (TUN) - Türkan Nəsirova 4:13
1/4 final - Marina Zaxşevskaya (KAZ) - Türkan Nəsirova 6:11
1/8 final - Türkan Nəsirova - Zeynep Yetgil (TUR) 12:2 tuşe 
1/16 final - Türkan Nəsirova - Kim Marlies Gmeiner (AUT) 6:0 tuşe

55 kq 
Bürünc medal görüşü - Leyla Qurbanova - Olena Kremzer (UKR) 3:0
Təsəlliverici görüş - Tamara Dollak (HUN) - Leyla Qurbanova 7:15
1/4 final - Sae Nanjo (JPN) - Leyla Qurbanova 10:0
1/8 final - Leyla Qurbanova - Eunyoung Park (KOR) 6:0 tuşe 

Görüşləri aşağıdakı linkdən canlı izləmək mümkündür. 

https://unitedworldwrestling.org/event/world-championships-25


Oxu 1331 dəfə
Tweet

Comments   

 
0 #1 Lidia 2017-08-05 14:58
Have you ever thought about creating an e-book or guest authoring on other blogs?
I have a blog based on the same information you discuss and would really like
to have you share some stories/informa tion. I know my subscribers would appreciate your work.
If you are even remotely interested, feel free to send me an email.


Feel free to surf to my web blog ... Buy
leather pants: http://5858.Com.cn/comment/html/index.php?page=1&id;=275487
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW