AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
02.08.2017 02:16

GDÇ-2017: Şahin Muxtarov qızıl medal qazandı / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(2 səs)
Bu gün Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı start götürüb. 

İlk yarış günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində sərbəst güləşçilər yarışıb. Yığmamız günü 1 qızıl medalla başa vurub. 

50 kq çəki dərcəsində mübarizə aparan Şahin Muxtarov bütün rəqiblərini məğlub edərək qızıl medal və gənclərin Dünya çempionu titulunu qazanıb. Güləşçimiz finala qədər ardıcıl olaraq Kanada, Qırğızıstan və Rusiya idmançılarını üstələyib. Həlledici görüşdə Ermənistan təmsilçisi ilə qarşılaşan Şahin yüksək əzmkarlıq nümayiş etdirərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. 

50 kq 
FİNAL - Şahin Muxtarov - Karen Zurabyan (ARM) 7:5
1/2 final - Şahin Muxtarov - Aslan Minkailov (RUS) 3:2
1/4 final - Akbar Kenjebek Ulu (KGZ) - Şahin Muxtarov 0:10
1/8 final - Axtar Kieran İmran (CAN) - Şahin Muxtarov 0:12

60 kq 
1/8 final - Əli Rəhimzadə - Ravinder Ravinder (İND) 4:5
1/16 final - Əli Rəhimzadə - Ahmed Hassan Ahmed Mohamed (EGY) 4:1

74 kq 
1/16 final - Radik Valiev (RUS) - İsmayıl Abdullayev 7:1

96 kq 
1/16 final - Nishan Preet Randhava (CAN) - Alimaqomed Alixmayev (güləşçimiz xəstələndiyi üçün görüşə çıxmayıb) 

Görüşləri aşağıdakı linkdən canlı izləmək mümkündür. 

https://unitedworldwrestling.org/event/world-championships-25 



Oxu 1879 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW