AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
10.12.2016 14:34

DÇ-2016: Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazanıb / VİDEO

Materialı qiymətləndirin
(1 Səs)
Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb. Çempionatda ölkəmizin sərbəst, yunan-Roma və qadın güləşçiləri hər növdə 2 idmançı olmaqla iştirak edir.

İlk yarış günündə sərbəst güləşdə 61 kq, qadın güləşində 55 kq, yunan-Roma güləşində isə 71 kq çəkidə qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 2 bürünc medalla başa vurub.

Sərbəst güləş üzrə 61 kq çəki dərəcəsində mübarizə aparan Əhmədnəbi Qvarzatilov yarımfinala qədər bütün rəqiblərini tam üstünlüklə məğlub edib. Ardıcıl olaraq Monqolustan, Belarus və Hindistan idmançılarını mübarizədən kənarlaşdıran təmsilçimiz Gürcüstan idmançısı ilə gərgin keçən yarımfinal görüşündə hesabda öndə olmasına baxmayaraq son saniyələrdə minimal fərqlə uduzub. Bürünc medal uğrunda həlledici görüşə çıxan Əhmədnəbi Fransadan olan rəqibini məğlub edərək fəxri kürsüdə yer alıb.

Yunan-Roma güləşi üzrə 71 kq çəki dərəcəsində yarışan Həsən Əliyev də yığmamıza bürünc medal qazandırıb. Həsən ardıcıl olaraq Xorvatiya, Gürcüstan və Belarusdan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda Moldova təmsilçisi ilə gərgin keçən görüşdə 3:3 hesablı bərabərlik qeydə alınsa da son xalı rəqib qazandığından finala yüksəlib. Həsən Əliyev bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə Rusiya təmsilçisini üstələyən güləşçimiz fəxri kürsüdə yer alıb.

55 kq
1/8 final - Otgontsetseg Davaasux (MGL) - Alyona Kolesnik 10:5

61 kq
Bürünc medal görüşü - Yuriy Syemakin (FRA) - Əhmədnəbi Qvarzatilov 1:4
1/2 final - Beka Lomtadze (GEO) - Əhmədnəbi Qvarzatilov 12:11
1/4 final - Əhmədnəbi Qvarzatilov - Bajrang Bajrang (İND) 10:0
1/8 final - Heorhi Kaliyeu (BLR) - Əhmədnəbi Qvarzatilov 2:4
1/16 final - Tuvshintulga Tumenbileg (MGL) - Əhmədnəbi Qvarzatlov 2:12

71 kq
Bürünc medal görüşü - Adam Kurak (RUS) - Həsən Əliyev 1:2
1/2 final - Daniel Cataraga (MDA) - Həsən Əliyev 3*:3
1/4 final - Həsən Əliyev - Pavel Liax (BLR) 8:0
1/8 final - Həsən Əliyev - Mindia Tsulukidze (GEO 3:1
1/16 final - Həsən Əliyev - Dominik Etlinger (CRO) 2:1

Dekabrın 11-də isə sərbəst güləşdə 70 kq, qadın güləşində 60 kq, yunan-Roma güləşində isə 80 kq çəkidə idmançılar mübarizə aparacaq.

Yarışı aşağıdakı linkdən canlı izləmək mümkündür:

https://unitedworldwrestling.org/event/world-championships-non-olympic-weight-categories

Oxu 7003 dəfə
Tweet

Comments   

 
0 #2 ismayil 2017-03-24 17:02
ism :lol: ayil
Quote
 
 
0 #1 ismayil 2017-03-24 17:01
gules
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW