AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
24.09.2016 20:19

HDÇ-2016: yunan-Roma yığmamız komanda hesabında ikinci oldu / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(2 səs)
Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) təşkilatçılığı ilə keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı başa çatıb.

Son iki yarış günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb. Qızıl medalı komandamıza 71 kq-da mübarizə aparan Həsən Əliyev qazandırıb.

Kamran Məmmədov (66 kq), Rafiq Hüseynov (80 kq) və İslam Abbasov (85 kq) yalnız final görüşündə uduzaraq gümüş medala layiq görülüb. Bürünc medalları isə komandamıza Murad Məmmədov (59 kq) və Sənan Əlimirzəyev (75 kq) qazandırıb.

Bu nəticə ilə yunan-Roma yığmamız 53 xal toplayaraq komanda hesabında ikinci yeri tutub. Rusiya (61 xal) birinci, Ukrayna (52 xal) üçüncü yerdə qərarlaşıb.


Oxu 3701 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW